You can return to the old version of the website

Open old version

"Bakutel-2019" sərgisi çərçivəsində Dövlət Agentliyinin sədri ilə “Türksat” şirkətinin direktoru arasında görüş keçirilib

5881
Print the text Copy text t1 t0 t2

"Baku Ekspo Mərkəzi"ndə keçirilən "Bakutel-2019" sərgisi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ilə “Türksat” şirkətinin direktoru Cenk Şen arasında görüş keçirilib.

Elektron Hökumətin İnkişafı Mərkəzinin sərgidəki stendində baş tutan görüşdə qonağa mərkəzin idarə etdiyi, o cümlədən texniki cəhətdən ərsəyə gətirdiyi layihələr, Mərkəz əməkdaşları tərəfindən dövlət xidmətlərinin təkmilləşdirilməsini təmin edən İKT sahəsində həllər barədə məlumat verilib.

Tərəflər təcrübə mübadiləsi və qarşılıqlı əməkdaşlıq perspektivlərini müzakirə ediblər.