You can return to the old version of the website

Open old version

BANM-ın tələbələri Elektron Hökumətin İnkişafı Mərkəzilə yaxından tanış olublar

6191
Print the text Copy text t1 t0 t2

Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi və Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisaslarının tələbələri Elektron Hökumətin İnkişafı Mərkəzində olublar.

Tələbələr Mərkəzin struktur bölmələri ilə tanış olub, həyata keçirilən layihələr haqda məlumatlar əldə ediblər. Süni intellekt və “machine learning” sahəsində əldə olunan məhsulların əyani şəkildə göstərilməsi tələbələr tərəfindən xüsusi maraqla qarşılanıb.

Gənclər həmçinin İnnoland İnkubasiya və Akselerasiya Mərkəzində startaplarla və “IT City Academy”-də təlim imkanları ilə tanış olublar. Rəqəmsal həllərin tətbiqi, Verilənlər bazalarının idarə edilməsi, Şəbəkə inzibatçılığı, Data mühəndisliyi, Sistem inzibatçılığı şöbələrinin əməkdaşları tərəfindən alqoritmlər, data təhlükəsizliyi, mətn generasiyası, şəbəkə təhlükəsizliyi, chatbot, video processing mövzuları ilə bağlı tələbələrə geniş məlumat verilib. Görüş zamanı tələbələrin çoxsaylı sualları cavablandırılıb.