You can return to the old version of the website

Open old version

"Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişikliklər edilmə

3624
Print the text Copy text t1 t0 t2

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 464

Bakı şəhəri, 20 oktyabr 2017-ci il

"Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 may tarixli 1399 nömrəli Fərmanının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

"Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 11, maddə 1072, № 12, maddə 1247; 2012, № 1, maddə 40, № 3, maddə 256, № 10, maddə 1016, № 11, maddə 1207; 2013, № 6, maddələr 745, 757, № 7, maddə 868, № 8, maddələr 1005, 1018, № 11, maddə 1466, № 12, maddə 1639; 2014, № 1, maddə 69, № 2, maddələr 191, 201, 207, № 3, maddələr 307, 317, № 4, maddə 449, № 5, maddə 560, № 6, maddələr 733, 747, № 7, maddələr 920, 953, № 10, maddələr 1287, 1319, № 11, maddələr 1505, 1506, № 12, maddə 1656; 2015, № 1, maddə 71, № 4, maddə 465, № 5, maddə 609, № 6, maddə 790, № 7, maddə 893, № 11, maddələr 1415, 1421, № 12, maddə 1573; 2016, № 2 (II kitab), maddələr 367, 384, № 4, maddələr 774, 830, № 5, maddə 955, № 7, maddələr 1340, 1355, 1358, № 8, maddələr 1446, 1448, № 9, maddə 1578, № 11, maddə 1928, № 12, maddələr 2219, 2233; 2017, № 2, maddə 277, № 4, maddə 624, № 5, maddələr 972, 986, № 6, maddə 1247, № 7, maddələr 1479, 1484; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 12 sentyabr tarixli 363 və 368 nömrəli qərarları) aşağıdakı dəyişikliklər edilsin:

1. Adına və 1-ci hissəsinə "Mərkəzi icra hakimiyyəti orqanları" sözlərindən sonra "və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər" sözləri, preambulasına "Dövlət orqanlarının" sözlərindən sonra "və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin" sözləri əlavə edilsin.

2. Həmin qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" üzrə:

2.1. adına, 1.2-ci, 1.3-cü, 3.1-ci, 4.1-ci, 4.2-ci bəndlərə, 4.4-cü bəndin birinci cümləsinə, 11.1-ci, 11.2-ci, 11.7-ci, 13.1-ci bəndlərə və 2.1.1-ci, 2.1.5-ci, 12.1.3-cü yarımbəndlərə ismin müvafiq hallarında "mərkəzi icra hakimiyyəti orqanları" sözlərindən sonra ismin müvafiq hallarında "və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər" sözləri və 4.5-ci, 9.3-cü, 9.7-ci bəndlərə, 10.1-ci bəndin birinci cümləsinə, 10.3-cü, 10.4-cü, 10.8-ci bəndlərə, 2.1.3-cü, 9.5.1-ci yarımbəndlərə ismin müvafiq hallarında "mərkəzi icra hakimiyyəti orqanı" sözlərindən sonra ismin müvafiq hallarında "və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxs" sözləri əlavə edilsin;

2.2. 1.1-ci bəndə "Dövlət orqanlarının" sözlərindən sonra "və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin" sözləri əlavə edilsin;

2.3. 4.2-ci bənddə "göstərir" sözü "göstərirlər" sözü ilə əvəz edilsin;

2.4. 9.2-ci bənd üzrə:

2.4.1. birinci cümləyə "mərkəzi icra hakimiyyəti orqanı" sözlərindən sonra "və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxs" sözləri əlavə edilsin və həmin cümlədən "və təsdiq edir" sözləri çıxarılsın;

2.4.2. aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Mərkəzi icra hakimiyyəti orqanının hazırladığı inzibati reqlament həmin orqan tərəfindən, Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin hazırladığı inzibati reqlament Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.";

2.5. 9.8-ci bənd aşağıdakı redaksiyada verilsin:

"9.8. Təsdiq olunmuş İnzibati reqlament xidmət göstərən dövlət qurumunun internet informasiya ehtiyatında yerləşdirilməli və tanışlıq üçün ictimaiyyətə açıq olmalıdır.";

2.6. 1.2-ci, 7.2-ci (hər iki halda) bəndlərdə, 9.2-ci bəndin üçüncü cümləsində, 9.4-cü, 11.6-cı, 12.2-ci bəndlərdə və 2.1.1-ci, 2.1.4-cü, 2.1.7-ci, 2.1.8-ci (hər iki halda), 6.1.1-ci, 6.1.2-ci, 7.1.4-cü, 11.5.2-ci yarımbəndlərdə ismin müvafiq hallarında "dövlət orqanları" sözləri ismin müvafiq hallarında "dövlət qurumları" sözləri ilə əvəz edilsin;

2.7. həmin Qaydalara 1 nömrəli əlavə üzrə:

2.7.1. yuxarı sağ küncündə "Mərkəzi icra hakimiyyəti orqanları" sözlərindən sonra "və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər" sözləri əlavə edilsin;

2.7.2. "Təsdiq edirəm" hissəsi çıxarılsın;

2.7.3. 1.5-ci bənddən "orqanlarının və" sözləri çıxarılsın;

2.7.4. 2.3-cü, 2.5-ci bəndlərdə, 2.6.1-ci və 2.6.2-ci yarımbəndlərdə ismin müvafiq hallarında "dövlət orqanları" sözləri ismin müvafiq hallarında "dövlət qurumları" sözləri ilə və 3.4.3-cü yarımbənddə "dövlət orqanı" sözləri "dövlət qurumu" sözləri ilə əvəz edilsin;

2.8. həmin Qaydalara 2 nömrəli əlavə üzrə:

2.8.1. yuxarı sağ küncünə "Mərkəzi icra hakimiyyəti orqanları" sözlərindən sonra " və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər" sözləri əlavə edilsin;

2.8.2. 4-cü hissədən "orqanlarının və" sözləri çıxarılsın.

Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə

20.10.2017

 

mənbə