You can return to the old version of the website

Open old version

Mobil nömrə satışı qaydalarına edilmiş dəyişikliklərin prosesə tətbiqi yekunlaşmaqdadır

2661
Print the text Copy text t1 t0 t2

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 may 2015-ci il tarixli 200 nömrəli qərarına əsasən “Rabitə müəssisələri (operatorlar) tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı  tələb olunan şərtlərin təsdiq edilməsi haqqında" 2005-ci il 7 iyul tarixli 131 nömrəli qərara dəyişikliklər edilmişdir. Yeni qərara əsasən telefon nömrələrinin (Sim kartların) satış qaydalarında mühüm dəyişiklik edilmişdir. Belə ki, mobil nömrələrin satışı mərkəzləşmiş qaydada, ümumi müddəalara uyğun bütün mobil operatorlar tərəfindən eyni qaydada aparılacaq. Bununla da, bu günə qədər nömrə satışı zamanı yol verilən bir çox pərakəndə proseslərin sistemləşdirilməsi, eyni zamanda, mövcud qüsurların aradan qaldırılması üzrə tədbirlər görülməli və yaradılacaq texniki qaydalara uyğun abunəçi informasiya bazası əsasında sosial əhəmiyyətli elektron  xidmətlərin hazırlanması mümkün olacaq.

19.10.2015-ci il tarixdə "Elektron Hökumət" portalının operatoru RYTN MHM-də “Azərcell Telekom” MMC-nin, “Bakcell” MMC-nin və  “Azərfon” MMC-nin nümayəndələri ilə növbəti görüş baş tutub. Görüşdə mobil nömrə satışının yeni qaydalara uyğun təşkili ilə əlaqədar bir sıra texniki və prosedur məsələlər müzakirə edildi. Görüş çərçivəsində müəyyən olundu ki, artıq bütün operatorlar mobil nömrə satışı ilə bağlı dəyişiklikləri test mühitində tətbiqinə başlamış, və bu günə qədər bir çox satış məntəqələrində proses yeni qaydalara uyğun şəkildə aparılmışdır. Belə ki, nömrə satışı zamanı mobil nömrə operatorların şəbəkəsində aktivləşdirilməsi ilə bağlı ərizəçiyə aid məlumatların fiziki və hüquqi şəxslər üçün "Elektron Hökumət" portalına qoşulmuş informasiya sistemləri vasitəsilə ilkin mənbədən identifikasiya edilərək operatorların və MHM-in vahid məlumat bazasına onlayn rejimdə elektron formada daxil edilməsi təmin olunacaqdır. 

Yeni qərara uyğun olaraq,

  •   Mobil operatorlar üzrə abunəçi bazaları FİN-ə uyğunlaşdıqdan sonra "Elektron Hökumət" portalı üzərindən təqdim edilən sosial xidmətlərin çeşidi və keyfiyyəti artacaq;
  •   "Elektron Hökumət" portalı üzərindən qanunvericiliyə uyğun olaraq qurumlararası informasiya mübadiləsinin aparılması mümkün olacaq;
  •   "Elektron Hökumət" portalı üzərindən vətəndaşlara istənilən  dövlət qurumlarının bildirişlərini (məhkəmə, şəxsiyyət vəsiqəsinin müddətinin bitməsi, banklar, kommunal borclar, rabitə borcları, cərimələr və s.) göndərmək mümkün olacaq;
  •   "Elektron Hökumət" portalı üzərindən formalaşan “Şəxsi kabinetlər”də abunəçinin mobil nömrələri barədə məlumatlar əks olunacaq;
  •   “Elektron Hökumət” portalında onlayn qeydiyyat zamanı mobil nömrənin istifadəçinin öz adına olmaması və ya qrammatik səhvlər səbəbindən yaranan problemlər aradan qalxacaq;

və s.