Autentifikasiya vasitələri
Elektron hökumət portalından istifadə üçün təklif olunan autentifikasiya vasitələri.
NRYTN tərəfindən verilən e-imza kartı ilə daxil olmaq - bu bölmədə fiziki və hüquqi şəxslər NRYTN tərəfindən onlara təqdim edilən e-imza sertifikatları vasitəsilə autentifikasiyadan keçərək xidmətlərdən istifadə edə bilərlər.
Əlavə məlumat üçün: http://www.asanimza.az
Elektron hökumət sistemi tərəfindən vətəndaşa verilmiş kod ilə daxil olmaq - bu bölmədə fiziki və hüquqi şəxslər, o cümlədən dövlət qulluqçuları "elektron hökumət" sistemi tərəfindən onlara təqdim edilən kod vasitəsilə autentifikasiyadan keçərək xidmətlərdən istifadə edə bilərlər.
Smartfon ilə daxil olmaq – bu bölmədə yalnız mobil imza sertifikatlarının sahibləri smartfon vasitəsilə QR-kodu skan edib autentifikasiyadan keçərək xidmətlərdən istifadə edə bilərlər. Burada mobil imzası olan smartfon autentifikasiya vasitəsi kimi istifadə olunur.
E-Gov mobil identifikası vasitəsi - “e-gov identity” sistemə giriş üçün vətəndaşın mobil telefon nömrəsi üzrə FİN-i tanıma rolunu oynayır.
Elektron hökumət portalına girişi təmin etmək üçün sadələşdirilmiş autentifikasiya vasitələrindən hər hansı birindən istifadə edərək vətəndaş portala daxil olaraq yaradılmış xidmət vasitəsi ilə “e-identity”yə qoşula bilər.
Bu zaman vətəndaş heç bir fiziki müraciət etmədən elektron formada mobil identifikasiya vasitəsinə qoşula biləcək və daha sonra istər Elektron hökumət portalına, istərdə digər xidmətin inteqrasiya edilən portallara giriş əldə edə biləcək.
Portala daxil olan vətəndaş hazırlanmış interfeysdən istifadə edərək adına olan mobil telefon nömrəsini FİN-ə qoşaraq prosesi tamamlamış olacaq. Bunun üçün SMS vasitəsilə aktivasiya edərək təyin edilmiş identifikasiya kodunu əldə edəcəkdir.
Bundan sonra vətəndaş “e-gov identity” identifikasiya istifadə edilən bütün sistemlərdən rahat istifadə edə bilər.