You can return to the old version of the website

Open old version

25.08.2016

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin operatoru olduğu “Elektron hökumət” portalına yeni elektron xidmət inteqrasiya olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi  “İstehsalatda baş verən bədbəxt hadisə barədə aidiyyəti dövlət strukturuna məlumatların verilməsi” xidməti elektronlaşdırılaraq portal üzərindən istifadəyə verilib.
Yeni xidmət iş yerlərində istehsalatla əlaqəli bədbəxt hadisələr barədə aidiyyəti dövlət strukturuna məlumatın verilməsi prosedurunun elektron əsaslar üzərində təkmilləşdirilməsi, bu sahədə təhqiqat işinin operativ şəraitdə və müasir tələblərə uyğun təşkil edilməsinə yönəlib.