You can return to the old version of the website

Open old version

23.09.2015

Bu gündən etibarən Bank VTB (Azərbaycan) da elektron arayışlardan istifadəyə başladı. Bununla bağlı, portalın operatoru RYTN MHM-ə müraciət edən bankda lazımi texniki şərait yaradılmışdır. Artıq bank müştərilə fərdi məlumatları əks olunan arayışları portalda şəxsən formalaşdıraraq ünvanlamaq imkanına sahibdirlər.

Qeyd edək ki, istənilən vətəndaş istənilən məqsədlə "Elektron Hökumət" portalına daxil olaraq, portal üzərindən təqdim olunan 9 adda arayışı bir neçə saniyədə formalaşdıra bilər. Portalın əsas qayəsi sosial xidmətlərə müraciət edərkən vətəndaşları əlavə yüklərdən azad etməklə şəffaf xidmət mühiti yaratmaqdır.