Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Azərbaycan dünyanın aparıcı tədbiri “TechCrunch Disrupt”da təmsil olunub

5861
Mətni çap edin Mətni kopyala t1 t0 t2

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi beynəlxalq nüfuzlu texnologiya tədbiri olan “TechCrunch Disrupt”da iştirak edib. Qeyd edək ki, “TechCrunch Disrupt” dünyanın ən böyük startap tədbiri hesab olunur.

 

Tədbir ənyaxşı və parlaq startapları, investorları, texnologiya həvəskarlarını bir araya gətirir. 19-21 sentyabr tarixlərində ABŞ-nin San-Fransisko şəhərində keçirilən tədbirdə Agentliyin sədrəvəzi İnarə Vəliyeva, eləcə də digər nümayəndəliyi, yerli startaplar və texnologiya medialarıiştirak edərək geniş heyətlə Azərbaycanı bütün platformalarda təmsil ediblər.

 

Eyni zamanda dünyanın bir çox ölkəsindən gələn tədbir iştirakçıları və qonaqlar “Azərbaycan” pavilyonunu ziyarət edərək ölkənin innovasiya ekosistemi ilə yaxından tanış olublar. Qeyd edəkki, “PASHA Holding”in sponsor olduğu “Azərbaycan” pavilyonu ən çox ziyarət edilənpavilyonlar sırasında yer alıb.

 

Tədbirin ilk günündə İRİA-nın sədr əvəzi İnarə Vəliyeva “Rəqəmsal İpək Yolu: Mərkəzi Avrasiyadan Silikon Vadisinə uzanan yol” panel sessiyasında çıxış edib. Qazaxıstan və Özbəkistandan olan çıxışçıların yer aldığı sessiyada İnarə Vəliyeva Agentliyin gördüyü işlərə vəAzərbaycanın innovasiya mənzərəsinə diqqəti çəkib. “Azərbaycan innovasiya ekosistemi sahəsində sürətlə tərəqqiyə gedən ölkələr sırasındadır. Bu yolda əsas yanaşmamız Azərbaycanda yerli, eləcə də xarici İKT şirkətləri üçün əlverişli mühityaratmaq, insan kapitalına sərmayə qoymaq, startapları bütün istiqamətlərdə irəliyə aparanekosistemi dəstəkləməkdir. Həmçinin missiyamız, Azərbaycanın texnoloji və innovativ tərəqqiilə ayaqlaşması ilə yanaşı, həm də regionda innovasiyalara öncüllük etməsi, bununla da beynəlxalq arenada davamlı böyüməsini və rəqabətə davamlılığını təmin etməkdir”- deyə İnarə Vəliyeva qeyd edib.

 

Tədbir zamanı Azərbaycan nümayəndəliyində yer alan startaplar öz layihələrini geniş auditoriyaya təqdim ediblər. “E-LEGAL”, “CodeAny”, “Recepta”, “Voiceloft”, “Senpex” “GrowthChannel”, “PolygrafAI”, “Neuroil” kimi startapların ideyaları investorlar və digər xariciekosistem nümayəndələri tərəfindən maraqla qarşılanıb, bəzi şirkətlərlə potensial əməkdaşlıq formatları müzakirə olunub.

 

Səfər çərçivəsində 21 sentyabr tarixində Azərbaycan Texnoloji Diasporu və “Silkroad Innovation Hub”ın birgə təşkilatçılığı ilə görüş baş tutub. Görüşdə ABŞ-də yaşayan və İKT sahəsindəfəaliyyət göstərən 60-a yaxın azərbaycanlı iştirak edib. Görüş zamanı İRİA-nın sədr əvəzi İnarəVəliyeva, İRİA-nın innovasiya üzrə rəhbəri İqor Ovçarenko və “Caucasus Ventures”in təsisçisi Məmməd Kərimin iştirak etdiyi panel sessiyası keçirilib. Burada iştirakçılara Agentliyin İKT vəinnovasiya sahəsi, startap, investisiya mühitinin inkişafı üzrə gördüyü işlərlə bağlı məlumat verilib. “Silkroad Innovation Hub”ın türk ölkələrini rəqəmsal sahədə birləşdirmək və vahidmərkəz yaratmaq səyləri yüksək qiymətləndirilib və bu istiqamətlərdə birgə fəaliyyətin önəmi vurğulanıb.

 

Qeyd edək ki, “Silkroad Innovation Hub” Mərkəzi Avrasiyadan olan startaplara və sahibkarlaraSilikon Vadisində və ABŞ bazarında öz müəssisələrini qurmaq və ya genişləndirmək üçün yollartapmaqda dəstək verir.