AZ EN
Xoş gəldiniz, təqdim olunan bütün xidmətlərdən istifadə etmək üçün sistemə daxil olmalısınız
Xidmətlərə müraciət sayı
Günlük zəng sayı

Dövlət informasiya ehtiyatlarının və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrləri



Portalda yaradılan bu xüsusi bölmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 may 2010-cu il tarixli 89 nömrəli qərarı və 17 avqust 2010-cu il tarixli 149 nömrəli ilə Qərarları ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatlarının reyestrinin aparılması qaydaları haqqında Əsasnamə”nin və “Fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi Qaydalar”nın icrasını təmin etmək məqsədilə yaradılmışdır. Bu bölmə vasitəsilə dövlət informasiya ehtiyatları və fərdi məlumatların informasiya sistemləri üzrə yeni məlumatların reyestrlərə daxil edilməsi, reyestrlərdə mövcud olan məlumatlarda dəyişiklik edilməsi və ya ləğv edilməsi üçün elektron müraciətlərin göndərilməsi, kargüzarlığın aparılması, müraciətlərin icrası və mülkiyyətçilərin müvafiq qaydada məlumatlandırılması nəzərdə tutulur. Yaradılacaq reyestrlər həmçinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanından irəli gələn vəzifələrin tam şəkildə icrasının təmin olunması üçün də vacibdir. Qeyd edirik ki, Əsasnamənin 13-cü bəndinə əsasən yeni yaradılan, quruluşunda dəyişikliklər aparılan, fəaliyyəti dayandırılan informasiya ehtiyatları haqqında məlumatların Dövlət Reyestrinə daxil edilməsi və ya müvafiq düzəlişlərin edilməsi üçün lazımi sənədlər (müraciət ərizəsi və qeydiyyat kartı) müraciət edən tərəfindən 20 gündən gec olmayaraq Reyestrin operatoruna təqdim edilməlidir. Həmçinin Qaydaların 5-ci bəndinə əsasən “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsinə qədər mövcud olan və Qanunun tələblərinə uyğun olaraq qeydiyyatı məcburi olan informasiya sistemləri dövlət qeydiyyatından keçirilməlidir. İnformasiya ehtiyatlarının və fərdi məlumatların informasiya sistemlərinin reyestrlərdə qeydiyyata alınması üçün qurumlar özləri e-imza və ya kod-parol vasitəsilə sistemə daxil olaraq müraciət ərizələrini və qeydiyyat kartlarını doldura bilərlər. Bunun üçün qurumlar e-imza kartı olan səlahiyyətli nümayəndəsinin şəxsiyyət vəsiqəsinin N-si, soyadı və adı haqda məlumatı MHM-ə bildirməli və həmin e-imza kartı qeydiyyatdan keçirilməlidir və ya MHM-ə müraciət edib login-parol almalıdırlar. Eyni zamanda qurumlar müraciət ərizələrini və qeydiyyat kartlarını doldurub və təsdiq edib rəsmi qaydada MHM-ə göndərə bilərlər.

 

Qeyd olunan xidmətə buradan keçid edə bilərsiniz.

  • 453

    Təsdiq olunmuş xidmətlərin sayı

  • 331

    Bunlardan portala inteqrasiya olunmuşlar

  • 490

    Dövlət saytlarında olan xidmətlər

  • 426

    Portalda olan xidmətlərin sayı

Onlayn konsultasiya
Onlayn konsultasiya