AZ EN
Xoş gəldiniz, təqdim olunan bütün xidmətlərdən istifadə etmək üçün sistemə daxil olmalısınız
Xidmətlərə müraciət sayı
Günlük zəng sayı

Elektron Xidmətlər Reyestri

Elektron Xidmətlər reyestri haqqında məlumat.


Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanına əsasən Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan), eləcə də informasiya və kommunikasiya texnologiyalarının inkişafı ilə bağlı qəbul edilən digər normativ hüquqi aktlar əsasında dövlət orqanlarının əhaliyə beynəlxalq standartlara uyğun konkret sahələr üzrə elektron xidmətlər göstərməsi qaydalarını və xidmət növlərini müəyyən edilməsi tapşırılmışdır.

Nazirlər Kabinetinin "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında 191 saylı 24.11.2011-ci il tarixli Qərarına əsasən müxtəlif dövlət orqanlarının elektron xidmətlərinin vahid reyestri yaradılmışdır. Dövlət orqanlarının elektron xidmətlər reyestrində təqdim etdikləri e-xidmətlər haqqında yenilikləri və məlumatları buradan əldə etmək olar.

 

  • 457

    Təsdiq olunmuş xidmətlərin sayı

  • 333

    Bunlardan portala inteqrasiya olunmuşlar

  • 497

    Dövlət saytlarında olan xidmətlər

  • 431

    Portalda olan xidmətlərin sayı

Onlayn konsultasiya
Onlayn konsultasiya