AZ EN
Xoş gəlmisiniz, təqdim olunan bütün xidmətlərdən istifadə etmək üçün sistemə daxil olmalısınız

Asan İmza haqqında ümumi məlumat

Asan İmza haqqında ümumi məlumat

“Asan İmza” (Mobil ID) e-xidmətlərə daxil olan və rəqəmsal imzalar edən zaman kimliyinizi təsdiqləmək üçün
sizin mobil identifikasiyanızdır. “Asan İmza” (Mobil ID) texnologiyası vətəndaşa mobil telefonu elektron imza vasitəsi kimi istifadə etməklə müxtəlif dövlət və özəl qurumların onlayn elektron xidmətlərindən yararlanmaq və sənədləri imzalamaq imkanını təqdim edir. “Asan İmza” (Mobil ID) Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir.
“Asan İmza” (Mobil ID) bütün mövcud e-xidmətlərdən istifadəni mümkün edir. Qeyd edək ki, hazırda müxtəlif dövlət və özəl təşkilatlar tərəfindən vətəndaşlara təqdim olunan ölkə üzrə 650-dən artıq elektron xidmətdən istifadədə “Asan İmza” gücləndirilmiş mobil elektron imza xidmətindən istifadə edilir. “Asan İmza” (Mobil ID) vasitəsilə vergi, gömrük, maliyyə, təhsil və bir çox digər sahələrdə müxtəlif xidmətlərdən istifadə etmək mümkündür. Belə ki, elektron vergi bəyannamələrinin təqdimi, gömrükdə malların və nəqliyyat vasitələrinin bəyan edilməsi, əmək müqavilələrinə dair bildirişlərin elektron qeydiyyatı, ali təhsil müəssisələrinə qəbulun onlayn qeydiyy
atı, internet və mobil bankçılıq kimi vacib elektron xidmətlər “Asan İmza” vasitəsilə icra edilir, “Asan İmza” mobil elekton imza xidməti artıq dövlət və özəl strukturların telefon-çağrı mərkəzlərinə də inteqrasiya edilib.
“Asan İmza” (Mobil ID) mütəmadi olaraq müxtəlif beynəlxalq konfrans və sərgilərdə “Made in Azerbaijan” brendi altında təqdim olunur.
“Asan İmza” texnologiyasının üstünlüyü smart kartın oxunması üçün əlavə qurğuların və proqram təminatının istifadəsinə ehtiyacın olmamasıdır. Xidmətin istifadəsi üçün autentifikasiya və elektron imza rəqəmsal açarlarının saxlanıldığı SIM karta əsaslanan mobil telefonun mövcudluğu kifayətdir. Ətraflı məlumat üçün: www.asanimza.az
“Asan İmza” mobil elektron imza sistemində istifadə olunan autentifikasiya və elektron imza sertifikatları Azərbaycan Respublikası Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən təqdim edilir. ASXM vətəndaşlara, dövlət və yerli özünüidarəetmə orqanlarının əməkdaşlarına, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə təkmil sertifikatlar təqdim etmək hüququna malikdir. Ətraflı məlumat üçün: www.asxm.gov.az

Necə əldə etmək olar?
http://asanimza.az/how-to-get-asan-imza_az/
Necə ödəmək olar?
http://asanimza.az/how-to-pay-2/

  • 436

    Təsdiq olunmuş xidmətlərin sayı

  • 335

    Bunlardan portala inteqrasiya olunmuşlar

  • 494

    Dövlət saytlarında olan xidmətlər

  • 446

    Portalda olan xidmətlərin sayı