Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Elektron qaimə üçün vergilər sisteminə keçidə ehtiyac qalmadı

5266
Mətni çap edin Mətni kopyala t1 t0 t2

Rəqəmsallaşma dövründə artıq ənənəvi hesab-faktura əməliyyatları da texnologiyanın yeniliklərindən kənarda qalmamış, proses elektronlaşmışdır. 

 

Belə ki, AR Vergi Məcəlləsinə əsasən sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslər tərəfindən mal, iş və xidmətlər ilə əlaqədar sizə göndərilmiş elektron qaimələri artıq İnternet Vergi İdarəsi portalına daxil olmadan birbaşa, sadəcə bir proqram məhsulundan istifadə etməklə bazanıza yükləyə, uçotunu apara bilərsiniz.

 

Bu imkanı sizə “U and R Company” şirkəti tətbiq etdiyi ERP sistemi vasitəsilə təmin edir.

 

Elektron-qaimə sənədlərinin ERP sistemində avtomatik yüklənməsinin sizə konkret olaraq nə kimi əhəmiyyəti olacaqdır:

  • e-qaimə uçotu, öhdəlik sənədləri ilə məbləğ uzlaşmaları aparılacaq;

  • iş prosesində yarana biləcək mexaniki səhvlər öncədən aradan qaldırılacaq;

  • təkrar ödənişlərin qarşısı alınacaq;

  • vaxta qənaət;

  • sənəd arxivinə sürətli çıxış;

bir kliklə elektron qaimənin detallarına baxış və çap etmə imkanı təmin ediləcəkdir.