AZ EN
Xoş gəldiniz, təqdim olunan bütün xidmətlərdən istifadə etmək üçün sistemə daxil olmalısınız
Xidmətlərə müraciət sayı
Günlük zəng sayı

İstifadəçi adı və şifrə ilə daxil olmaq

Elektron hökumət sistemi tərəfindən vətəndaşa verilən istifadəçi adı və şifrə əldə etmək üçün ixtiyari poçt məntəqəsinə yaxud “Şəbəkə” xidmət mərkəzlərinə yaxınlaşaraq portala giriş etmək üçün istifadəçi adı və şifrə əldə etmək istəyinizi bildirib, şəxsiyyət vəsiqənizi təqdim etmək yetərlidir. Müraciət etdiyiniz poçt şöbəsinin Qeydiyyat Mərkəzi tərəfindən sizə bir neçə dəqiqə ərzində, heç bir ödəniş tələb olunmadan istifadəçi adı və şifrə təqdim ediləcək. Əldə etdiyiniz istifadəçi adı və şifrənin müddətsiz şifrəsini istənilən vaxt dəyişdirə, unutduqda isə bərpa edə bilərsiniz.

Yaşadığınız əraziyə yaxın olan poçt mərkəzi haqqında məlumat almaq üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz.

www.e-gov.az/poctunvanlari

Əlavə məlumat üçün 157 zəng mərkəzinə müraciət edin.

Onlayn qeydiyyat

İstifadəçi adı və şifrəni heç yerə getmədən internet vasitəsi ilə onlayn əldə edərək portala daxil olmaq üçün Şəxsiyyət vəsiqəsi (vəsiqənin seriya nömrəsi və pin kodu daxil edilir) mütləq olmaqla aşağıda adı çəkilən 5 sənəddən 3-nə sahib olmalısınız:

˗ Sürücülük vəsiqəsi (vəsiqənin seriya nömrəsi daxil edilir);

˗ Ümumvətəndaşlıq pasportu (xarici pasport- seriya nömrəsi daxil edilir);

˗ Dövlət Sosial Sığorta şəhadətnaməsi (seriya nömrəsi daxil edilir);

- Adınıza qeydiyyatdan keçmiş mobil telefon nömrəsi

- Adınıza qeydiyyatdan keçmiş şəhər telefonu

Onlayn qeydiyyatdan keçmək üçün “Qeydiyyat” düyməsini seçib, təlimata uyğun olaraq sənədlərin seriya nömrəsini və pin kodunu daxil etməklə, mobil telefona göndərilən istifadəçi adı və şifrə ilə istənilən vaxt portala daxil olmaq mümkündür. 

  • 443

    Təsdiq olunmuş xidmətlərin sayı

  • 336

    Bunlardan portala inteqrasiya olunmuşlar

  • 505

    Dövlət saytlarında olan xidmətlər

  • 440

    Portalda olan xidmətlərin sayı

Onlayn konsultasiya
Onlayn konsultasiya