AZ EN
Welcome to e-gov.az, in order to use all the services, you have to log in

İstifadəçi adı və şifrə ilə daxil olmaq

Onlayn qeydiyyat

Elektron Hökumət Portalında qeydiyyatdan keçməklə dövlət qurumları tərəfindən təklif olunan müxtəlif elektron xidmətlərdən yararlanmaq mümkündür.

Şəxsiyyət vəsiqəsi (vəsiqənin seriya nömrəsi və FİN kodu daxil edilir) ilə bərabər aşağıda adı çəkilən 5 sənəddən ən az 3-nə sahib olmaqla istifadəçi adı və şifrənizi onlayn şəkildə əldə edə bilərsiniz. 

˗ Sürücülük vəsiqəsi (vəsiqənin seriya nömrəsi daxil edilir);
˗ Ümumvətəndaş pasportu (xarici pasport- seriya nömrəsi daxil edilir);
˗ Dövlət Sosial Sığorta şəhadətnaməsi (seriya nömrəsi daxil edilir);
- Adınıza qeydiyyatdan keçmiş mobil telefon nömrəsi
- Adınıza qeydiyyatdan keçmiş şəhər telefonu nömrəsi

Onlayn qeydiyyatdan keçmək üçün “Qeydiyyat” düyməsini seçib, təlimata uyğun olaraq sənədlərin seriya nömrəsini və pin kodunu daxil etmək tələb olunur. Qeydiyyat başa çatdıqdan sonra mobil telefonunuza göndərilən istifadəçi adı və şifrə ilə istənilən vaxt portala daxil ola bilərsiniz.
 
Yerində qeydiyyat

Tələb olunan sənədlərdən ən az 3-nə sahib olmadığınız təqdirdə Elektron Hökumət Portalında qeydiyyatdan keçmək cəhdiniz baş tutmayacaq. Bunun üçün “ASAN xidmət” mərkəzlərindən (Şəki və İmişli mərkəzləri istisna olmaqla) birinə öz şəxsiyyət vəsiqəniz və mobil telefonunuz ilə yaxınlaşmaqla heç bir ödəniş tələb olunmadan istifadəçi adı və şifrə əldə edə bilərsiniz.

Təqdim olunan müddətsiz şifrəni Portal üzərindən istənilən vaxt dəyişdirmək, unutduqda isə bərpa etmək mümkündür.

Əlavə məlumat üçün “108” Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.

  • 450

    Number of available services on the portal