Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Dünya Bankı tərəfindən Azərbaycanın rəqəmsal inkişaf strategiyası üçün modullardan ibarət ilkin sənəd hazırlandı

7945
Mətni çap edin Mətni kopyala t1 t0 t2

Dünya Bankı tərəfindən Azərbaycanın rəqəmsal inkişafının dəstəklənməsi məqsədilə Azərbaycan üçün rəqəmsal inkişaf strategiyası hazırlanır. Bu məqsədlə Dünya Bankının və bu prosesdə onları dəstəkləyən "Roland Berger" şirkətinin nümayəndələri bir neçə dəfə Azərbaycana səfər ediblər. Fevralın 13-dən 17-dək birinci missiya çərçivəsində nümayəndələr Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Dövlət Gömrük Komitəsi və bir sıra özəl təşkilatlarla görüşlər keçiriblər. Sözügedən missiyada görüşlər və ətraflı araşdırmalar çərçivəsində toplanan məlumatlar əsasında rəqəmsal strategiya sənədinin ilk iki modulu hazırlanmışdır. Ümumiyyətlə, sənədin aşağıdakı modullardan ibarət olması nəzərdə tutulur:

 

  1. 1. Real şərtlərlə qiymətləndirmə - Cari rəqəmsal yetkinliyin qiymətləndirilməsi və "Sütunlar" üzrə maraqlı tərəflər və aktivlər üzrə faktiki təhlilin aparılması: Rəqəmsal İnfrastruktur, Rəqəmsal Hökumət Platformaları, Rəqəmsal Maliyyə Xidmətləri, Rəqəmsal Bizneslər, Rəqəmsal Bacarıqlar və Güvən mühiti, imkanları və çətinlikləri, əsas cari idarəetmə çərçivəsini və məlumat ekosistemləri ilə bağlı siyasəti müəyyən etmək məqsədilə hər bir sütun üçün əlverişli mühitin (institusional, hüquqi və tənzimləyici çərçivələr) təhlili.
  2.  
  3. 2. Rəqəmsal transformasiya üçün əsaslandırmanın müqayisəli təhlili və işlənib hazırlanması - rəqəmsal inkişafın qlobal təsir tendensiyalarının müəyyən edilməsi, qabaqcıl təcrübə ilə tammiqyaslı rəqəmsal transformasiya üzrə müvafiq beynəlxalq nümunələrin (ən azı 4 nümunə) vurğulanması, Azərbaycana qarşı faktiki rəqəmsal dövlətlərin tendensiyalarının və qabaqcıl təcrübələrinin müqayisəli təhlili, rəqəmsal inkişaf və mərhələ əsaslı rəqəmsal transformasiya strategiyasının izlənməsi üçün əsasların araşdırılması.
  4.  
  5. 3. Gələcək rəqəmsal baxış, boşluqların təhlili, tövsiyələr və variantlar - Azərbaycanın rəqəmsal gələcəyə baxışı (ümumi rəqəmsal gələcəyə baxışı müəyyən etmək üçün 1 və 2-ci moduldakı informasiyadan istifadə etmək, tələb olunan əsas məlumat idarəetmə çərçivəsini müəyyənləşdirmək, bütün perspektiv vəziyyətləri "Sosial-iqtisadi İnkişafa dair Milli Prioritetlər", "Azərbaycan 2030" və monitorinq çərçivələri ilə uyğunlaşdırmaq), Boşluqların təhlili (gələcək rəqəmsal baxışa nail olmaq üçün boşluqları və lazım olan təkmilləşdirmə sahələrini müəyyən etmək üçün faktiki və gələcək vəziyyəti müqayisə etmək), tövsiyələr və variantlar (gələcəyə baxış və təkmilləşdirmə sahələrini ümumiləşdirmək, strategiya, baxış, ölçülə bilən hədəflər və onların Azərbaycan 2030-da müəyyən edilmiş hədəflərə töhfəsi üçün əsas məqsədləri müəyyən etmək, məhdudiyyətləri, fəaliyyət mövzularını, nəticələri və məqsədlər və hədəflər ilə uyğunluğu vurğulayan dəyişiklik nəzəriyyəsi/məntiqi çərçivəni yaratmaq)
  6.  
  7. 4. Strategiyanın həyata keçirilməsi üçün yol xəritəsi - həyata keçirmə prinsiplərini müəyyənləşdirmək, qısa və orta müddətli dövrdə tələb olunan təşəbbüsləri və əsas uğurları prioritetləşdirmək, strategiyanın həyata keçirilməsi üçün ümumi yol xəritəsini və mərhələlərə əsaslanan ətraflı fəaliyyət planlarını yaratmaq, ƏEG-ləri təyin etmək və müvafiq sahibləri müəyyənləşdirmək, müvafiq icra vəsaitlərini (məsələn, alətlər, şablonlar, təlimatlar) və idarəetməni təmin etmək.

 

Strategiyanın yaxın aylarda yekunlaşdırılması və təsdiq üçün dövlət qurumlarına göndərilməsi nəzərdə tutulur.