Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

“ASAN xidmət”in elektron hökumət mərkəzi beynəlxaq sorğu hesabatında lider seçilib

2918
Mətni çap edin Mətni kopyala t1 t0 t2

“Avropa İttifaqı Biznes Mühiti Hesabatı - 2021” dərc edilib. Hesabat çərçivəsində həyata keçirilən sorğuda Azərbaycanda fəaliyyət göstərən 400-ə yaxın Avropa şirkəti iştirak edib. Şirkətlər Avropa İttifaqına üzv dövlətlər, Avropa Sərbəst Ticarət Birliyi ölkələri və Birləşmiş Krallığı təmsil edir. Sorğularda biznes, investisiya mühiti, həyata keçirilən islahatlar və digər ənənəvi istiqamətlər əhatə olunub.

Hesabatın əsas hədəfi Azərbaycanda biznes mühitində mövcud son trendləri və aparılan islahatları ölkədə işləyən Avropa şirkətləri nöqteyi-nəzərindən qiymətləndirməkdir.

Hesabatda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi yerli islahatların effektivliyi üzrə birinci seçilib.

Hesabata əsasən Avropa şirkətləri “ASAN xidmət”i 2016-cı ildən etibarən rəqəmsal islahatlar sahəsində lider olaraq seçiblər və qeyd olunur ki, “ASAN xidmət” və nəzdində fəaliyyət göstərən Elektron Hökumətin İnkişafı Mərkəzi bürokratiyanı əhəmiyyətli dərəcədə azaldır, dövlət prosedurlarını sürətləndirir, habelə korrupsiya risklərini aradan qaldırır.

Hesabatda COVID-19 pandemiyası dönəmində “ASAN xidmət” tərəfindən yaradılan işçilərin fəaliyyətini təmin edən həllər, eyni zamanda ABAD, “ASAN Viza” layihəsi haqqında müsbət qeydlər əks olunmuş, prosedurların aydınlığı, müştəriyə yönəlik yanaşma xüsusilə vurğulanıb. 

Sənəddə, eyni zamanda “ASAN xidmət”in “Azərbaycan 500 ASAN Startap Proqramı”nı da həyata keçirdiyi və bu çərçivədə Azərbaycan mənşəli startapların bilik və bacarıqlarının artırılmasına, habelə sərmayəyə çıxışının asanlaşdırılmasına dəstəyin göstərildiyi qeyd olunub. Bu proqramın innovasiya ekosisteminin və infrastrukturun inkişafına öz töhfəsini verdiyi bildirilib. 

Eyni zamanda bildiririk ki, 2019-2020-ci illərdə həyata keçirilən yerli islahatlar üzrə reytinqdə də “ASAN xidmət” lider mövqedə qərarlaşıb.