AZ EN
Xoş gəlmisiniz, təqdim olunan bütün xidmətlərdən istifadə etmək üçün sistemə daxil olmalısınız

EHİM-in nümayəndələri Estoniyada səfərdə olublar

1717 Mətni çap edin Mətni göndərin

9-12 may tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin nümayəndələri Estoniyada səfərdə olublar. Səfər çərçivəsində nümayəndələr Estoniya Hökuməti tərəfindən hər il təşkil olunan Elektron Hökumət Konfransında iştirak ediblər.

Tallinn şəhərində baş tutan konfransa 75 ölkədən 300-dən çox elektron hökumət mütəxəssisləri qatılıblar. Estoniya Prezidentinin də qatıldığı konfransın bu ilki istiqaməti daha çox böhran hallarında elektron hökumətin idarə edilməsi və süni intellektin dövlət xidmətlərində tətbiqinə həsr olunub. Konfrans Estoniyanın Xarici İşlər Nazirliyi, İqtisadiyyat və Kommunikasiya Nazirliyi, e-Hökumət Akademiyasının təşkilatçılığı ilə həyata keçirilib.

Səfər çərçivəsində Mərkəzin nümayəndələri, həmçinin Tallinn Texniki Universitetini (TalTech) ziyarət ediblər. Universitet nümayəndələri ilə keçirilən görüşdə elektron hökumət üzrə tədris, cəmiyyətin rəqəmsal savadlılığının artırılması, təlimçilərin təlimi və müxtəlif ixtisasartırma proqramları üzrə əməkdaşlıq istiqmətləri müzakirə edilib.

Nümayəndə heyəti eləcə də ötən il EHİM, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və "B.EST Solutions" şirkətinin birgə əməkdaşlığı ilə ərsəyə gətirilən Kibergigiyena platforması üzrə işləri və növbəti addımları müəyyən etmək məqsədilə layihənin Estoniyadan olan tərəfdaşı “Cybexer” şirkəti ilə də görüşüb.

Qeyd edək ki, Estoniya BMT tərəfindən hər iki ildən bir dərc olunan və bütün dünya ölkələrinin elektron hökumət üzrə inkişafını ölçən “Elektron Hökumətin İnkişafı İndeksi” göstəricisinə görə dünya üzrə 3-cü yerdədir.

  • 438

    Portalda olan xidmətlərin sayı