AZ EN
Xoş gəlmisiniz, təqdim olunan bütün xidmətlərdən istifadə etmək üçün sistemə daxil olmalısınız

www.yolumuzqarabaga.az portalı istifadəyə verilib

1627 Mətni çap edin Mətni göndərin

İşğaldan azad olunan torpaqlara səfərlərin təşkil edilməsi məqsədilə yaradılan www.yolumuzqarabaga.az portalı texniki olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən hazırlanıb. Portalın məqsədi səfərlər üçün bilet alışının asanlaşdırılması, vətəndaşların səfərlərinin rahat və təhlükəsiz şəkildə həyata keçirilməsidir.

Portal vasitəsilə bilet sifarişini 3 addımda reallaşdırmaq mümkündür: Portala giriş, biletin seçimi və ödəniş. 

Portaldan istifadə isə bağlı daha ətraflı məlumatla təlimat videosunda tanış olmaq mümkündür: https://youtu.be/P9HUckzr9ZE

Vətəndaşın aldığı bilet haqqında məlumat onun şəxsi kabinetində görünəcək. Həmçinin bilet haqqında məlumat portalda qeyd edilən mobil nömrəyə SMS-lə göndərilir. Biletinin pdf forması isə vətəndaşın portalda qeyd etdiyi e-mail ünvanına göndərilir.

Biletin üzərində QR kod yerləşdirilib. QR kod vasitəsilə vətəndaşın aidiyyati məntəqələrdə biletinin yoxlanışı daha operativ şəkildə həyata keçiriləcək.

Səfərlər yalnız COVID-19 pasportlarına (vaksin, immunitet və ya əks göstəriş sertifikatları) malik vətəndaşlar üçün mümkün olacaq. Habelə səfərlər Vətən Müharibəsi Qəhrəmanları, Milli Qəhrəmanlar, şəhid ailələrinin üzvləri, həmçinin Qarabağ müharibəsi əlilləri üçün ödənişsiz olacaq. Bu istiqamətdə yoxlamalar vətəndaşların rahatlığı üçün elə sistem üzərindən real vaxt rejimində yoxlanacaq.

Yoxlama www.yolumuzqarabaga.az portalına aidiyyati qurumların sistemlərinin inteqrasiya olunması sayəsində baş tutacaq, beləliklə vətəndaşlar bu istiqamətdə əlavə yoxlamalardan azad olacaqlar.

  • 444

    Portalda olan xidmətlərin sayı