Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Dövlət Agentliyinin nümayəndə heyəti Çində beynəlxalq seminarlarda iştirak edib

5689
Mətni çap edin Mətni kopyala t1 t0 t2

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzinin nümayəndə heyəti Çin Xalq Respublikasında “İnkişaf etməkdə olan ölkələr üçün Elmi və Texnoloji İnnovasiya və Sahibkarlıq” mövzusunda keçirilən seminarda iştirak etmək məqsədilə Şanxay şəhərinə, “Bir Kəmər – Bir Yol təşəbbüsü çərçivəsində Çinin inkişaf təcrübəsinin öyrənilməsi” mövzusunda keçirilən seminarda iştirak etmək məqsədilə isə Pekin şəhərinə səfər edib.

Səfərin məqsədi “Çin Xalq Respublikasının Ticarət Nazirliyinin Təlim Mərkəzi” (AİBO - Academy for International Business Officials) tərəfindən Çinin tarixi, mədəniyyəti, iqtisadi-siyasi həyatı, innovativ və texnoloji sahələrdəki təcrübələri və digər mövzularda təşkil olunmuş seminarda iştirak etmək olmuşdur. Beynəlxalq seminarlarda ümumilikdə dünyanın 18 ölkəsindən 45-dən çox mərkəzi hökumət rəsmiləri və diplomatlar iştirak ediblər.

Səfər zamanı Şanxay şəhərində təşkil olunmuş 21 günlük seminarda Çin Xalq Respublikasının tarixi və mədəniyyəti, iqtisadi inkişaf təcrübəsi, yoxsulluğun azaldılması sahəsində siyasəti və təcrübələri, maliyyə texnologiyası və hökumət tərəfindən idarə olunan vəsaitlər, süni intellekt əsrində maliyyə və təhsil sahəsinə xas həllər, elmi və texnoloji yenilik və sahibkarlıq siyasəti və digər mövzularda bir sıra yüksək reytinqli universitetlərinin professorları tərəfindən seminar iştirakçılarına geniş mühazirələr keçirilib.

Nümayəndələr Şanxay şəhərində yerləşən və yerli süni intellekt müəssisəsi olan Xiao-İ şirkəti, həmçinin DeepBlue Tecnology, Şanxay Zhizhen İntellekt Şəbəkəsi Texnologiyaları şirkəti, Canature Ətraf Mühit Məhsulları şirkətini ziyarət edib və yerli təcrübə ilə yaxından tanış olublar. Nanjinq şəhərinə səfər zamanı isə Wondux Ətraf Mühitin Mühafizəsi Texnologiyaları şirkəti və Legend Biotexnologiyaları şirkəti və burada yaradılmış şərait barədə seminar iştirakçılarına məlumat verilib. Nümayəndə heyətinin Şenzen şəhərinə səfəri zamanı isə “Skyworth Group” və “Qianhai Deep Harbor Youth Dream works” şirkətləri ziyarət edilib.

Səfər çərçivəsində, həmçinin Şanxay Elm və Texnologiya muzeyi, Şanxay Super komputer mərkəzi, sənaye və şəhər inteqrasiyası məsələsini araşdırmaq və öyrənmək üçün Nanxiang Zahidi müəssisəsinin qərargah parkında görüşlər keçirilib.

Səfərin sonunda Azərbaycandan olan nümayəndə heyəti seminarı müvəffəqiyyətlə başa vurmaları münasibətilə, Ticarət Nazirliyinin Şanxay şəhərində yerləşən Təlim Mərkəzi və Çin Xalq Respublikasının Dövlət İdarəçilik Akademiyası tərəfindən müvafiq sertifikatlarla təltif olunub.

Dövlət Agentliyini Elektron Hökumətin İnkişafı Mərkəzindən Strateji inkişaf və kommunikasiyalar departamentinin müdiri Soltan Bayramov və Mərkəzin mütəxəssisi Ülvi Salahov təmsil ediblər.