Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Daha bir şirkət kredit rəsmiləşdirməsini “Elektron hökumət” portalı üzərindən reallaşdırır

5011
Mətni çap edin Mətni kopyala t1 t0 t2

Artıq “Emsa Baku” MMC şirkətinin “Madame Coco”“Dekoria” mağazalarının müştəriləri də “Elektron hökumət" portalı vasitəsilə təqdim olunan elektron arayışlardan istifadə edərək rahatlıqla istədikləri məhsulu kreditlə ala biləcəklər.

Xidmət “Emsa Baku” MMC şirkətinin bütün filiallarında tətbiq olunur.

Hazırda "Elektron hökumət" portalı tərəfindən 18 arayış vətəndaşlara təqdim olunur.

Xatırladaq ki, "Elektron hökumət" portalının vətəndaşlara göstərdiyi bu xidmətdən 30-a qədər bank, kredit təşkilatları və ticarət obyektləri yararlanır.

Elektron arayış müxtəlif dövlət orqanlarının elektron informasiya ehtiyatları əsasında hazırlanmış elektron sənəddir. Elektron arayışlar kredit sistemindən istifadə zamanı vaxt itkisinin qarşısını almaqla vətəndaşın rahatlığını təmin edir. Xidmətin digər üstünlüyü vətəndaşın işlədiyi müəssisədən arayış alma zərurətinin aradan qaldırılmasıdır.