Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Daha bir şirkət kredit əməliyyatlarını elektron arayışlarla həyata keçirəcək

4953
Mətni çap edin Mətni kopyala t1 t0 t2

“Elektron Hökumət” portalı ilə tərəfdaşlıq edənlərin siyahısına daha bir şirkət əlavə olundu. Belə ki, "İrşad Elektroniks" MMC kredit əməliyyatları prosesinə elektron arayışları daxil edərək vətəndaşlara “Elektron Hökumət” portalı üzərindən daha rahat xidmət təqdim edəcək. Bu elektron xidmət vasitəsilə vətəndaş vaxt itkisinə yol vermədən portala daxil olaraq sistem tərəfindən avtomatik formalaşdırılan arayışı elektron şəkildə şirkətə təqdim edə bilər.

Elektron arayış müxtəlif dövlət orqanlarının elektron informasiya ehtiyatları əsasında hazırlanmış elektron sənəddir. Elektron arayışların əsas üstünlüyü vətəndaşın işlədiyi müəssisədən arayış alma zərurətinin aradan qaldırılmasıdır.

Xatırladaq ki, "Elektron Hökumət" portalının vətəndaşlara göstərdiyi bu xidmətdən artıq 30-a yaxın bank və kredit təşkilatları yararlanır.

Hazırda "Elektron Hökumət" portalı tərəfindən 18 arayış vətəndaşlara təqdim olunur.