AZ EN
Xoş gəldiniz, təqdim olunan bütün xidmətlərdən istifadə etmək üçün sistemə daxil olmalısınız
Xidmətlərə müraciət sayı
Günlük zəng sayı

Avropa İttifaqı ilə elektron xidmətlər və elektron ticarətin inkişafı üzrə əməkdaşlıq edilir

1891 Mətni çap edin Mətni göndərin

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Elektron xidmətlərin və elektron ticarətin inkişafı” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə beynəlxalq ekspertlərlə yanaşı müvafiq dövlət orqanlarının və digər təşkilatların nümayəndələri iştirak edib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü və Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin dəstəyi ilə elektron xidmətlər və elektron ticarət sahəsində vəziyyətin təhlili üçün beynəlxalq ekspert Kristian Rup ölkəmizə dəvət olunub. Avropa İttifaqının eksperti yerli mütəxəssislərlə birgə elektron xidmətlər sahəsində hüquqi və institusional bazanın cari vəziyyətini təhlil edib, mövcud boşluq və ehtiyacları müəyyənləşdirib, hüquqi və institusional bazanın təkmilləşdirilməsinə dair tövsiyələr hazırlayıb. 

Bu sahədə ölkəmizdə aparılan işləri yüksək qiymətləndirən Kristian Rup tədbirdə təqdimatla çıxış edib.

Tədbirdə Azərbaycanda elektron xidmətlərin və elektron ticarətin mövcud vəziyyəti və inkişaf perspektivləri mövzusunda geniş müzakirələr aparılıb.

Qeyd olunub ki, ölkəmizdə elektron xidmətlərin təkmilləşdirilməsi və genişləndirilməsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərəfindən davamlı işlər görülür və bu sahədə beynəlxalq əməkdaşlığa xüsusi önəm verilir.

Xatırladaq ki, “Elektron hökumət” portalının operatoru Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzidir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu sahədə görülən işlərin əlaqələndiricisi olaraq “Elektron hökumət”in formalaşması üzrə digər dövlət orqanları ilə sıx əməkdaşlıq edir və müvafiq infrastrukturun yaradılması üzrə fəaliyyət həyata keçirir. 

“Elektron hökumət” portalında 89 qurumun, o cümlədən 41 dövlət təşkilatının 427 növ xidməti aktivdir. Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 458 xidmətdən 332-si portala  inteqrasiya edilib. 

2015-ci ildə portalın “iOS” və 2016-cı ildə isə  “Android” əməliyyat sistemləri üçün mobil versiyaları vətəndaşların ixtiyarına verilib.

  • 458

    Təsdiq olunmuş xidmətlərin sayı

  • 332

    Bunlardan portala inteqrasiya olunmuşlar

  • 495

    Dövlət saytlarında olan xidmətlər

  • 428

    Portalda olan xidmətlərin sayı

Onlayn konsultasiya
Onlayn konsultasiya