Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

“Apelyasiya Şuralarına elektron şikayət qəbulu” üzrə onlayn təlim keçirilib

3160
Mətni çap edin Mətni kopyala t1 t0 t2

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri Elektron Hökumət Təlim-Tədris mərkəzində 4 regional mərkəz üzrə (Şirvan, Lənkəran, Qəbələ, Qusar) yerli icra hakimiyyəti orqanlarının nümayəndələrinə “Apelyasiya Şuralarına elektron şikayət qəbulu” elektron xidmətindən və idarəetmə panelindən istifadə qaydaları üzrə onlayn  təlim keçirib. Təlimdə bu elektron xidmətin üstünlükləri barədə ətraflı məlumat verilib.
Elektron Hökumət Təlim-Tədris mərkəzi ilə regionlarda yerləşən mərkəzlər arasında real zaman rejimində təşkil olunan təlimdə Şirvan rayonu üzrə Ağsu, İmişli, Qobustan, Zərdab, Neftçala, Sabirabad, Salyan, Nacıqabul, Şamaxı, Qubadlı, Çəbrayıl, Fizuli, Saatlı,Lənkəran üzrə Astara, Biləsuvar, Yardımlı, Lerik, Masallı, Cəlilabad, Qəbələ üzrə Balakən, Zaqatala İsmayıllı, Qusar rayonu üzrə isə  Quba, Siyəzən, Xaçmaz, Xızı və  Şabran rayonunun yerli icra hakimiyyəti orqanlarının nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, “Apelyasiya Şuralarına elektron şikayət qəbulu” üzrə elektron xidmət sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin müraciətlərinin elektron şəkildə Azərbaycan Respublikasının  mərkəzi və yerli icra hakimiyyəti orqanlarına çatdırmasına xidmət edir.

Sahibkarlar üçün çox böyük əhəmiyyət daşıyan xidmət, eyni zamanda şikayətçilərin dövlət orqanlarına müraciətinin daha da asanlaşmasına, sənədlərin elektron şəkildə təqdim edilməsinə, müraciətlərə baxılma barədə məlumatların əldə edilməsinə imkan verəcək.

Adıçəkilən xidmətdən yararlanmaq istəyən istifadəçilər “Elektron hökumət” portalının ana səhifəsində yerləşdirilmiş “Apelyasiya Şuralarına elektron şikayət qəbulu” linkinə keçid edə bilərlər.