27.01.2015
Elektron arayışlardan istifadə üzrə AGBank "Elektron Hökumət" portalının operatoru Məlumat Hesablama Mərkəzi ilə əməkdaşlığa start verdi. Beləliklə AGBank kredit əməliyyatlarının aparılması prosesində e-arayışların tətbiqinə başladı.
Daha ətraflı məlumat üçün press@rabita.az ünvanına müraciət edə bilərsiniz.
Elektron arayışların üstünlüyü aşağıdakılardır:
- Sutkanın 24 saatı, günün istənilən vaxtında banka onlayn kredit alma müraciətinin göndərilməsi imkanı;
- Vətəndaşlar üçün vaxt itkisini aradan qaldırılması və rahatlığın təmin edilməsi;
- Bürokratik proseslər ləğv edilməsi;
- İşlədiyi müəssisədən arayışın alınmasına zərurətin yaranmaması;
- Çalışdığı müəssə rəhbərliyinin işcinin kredit götürməsi haqqında məlumatlandırılmasına ehtiyacın olmaması.
Nəzərinizə çatdırmaq istəyirik ki, "Elektron Hökumət" portalı üzərindən təqdim olunan elektron arayışların sayı artacaq. Tezliklə belə arayışların sırasına,
- Yaşayış yeri barədə elektron arayışın verilməsi;
- Diplom barədə elektron arayışın verilməsi;
- Rabitə xidmət borcları olmaması barədə elektron arayışın verilməsi;
- Kommunal xidmət borcları olmaması barədə elektron arayışın verilməsi;
- Abituriyentin ali məktəbə daxil olması barədə elektron arayışın verilməsi;
- Sağlamlıq barədə tibbi elektron arayışın verilməsi;
- Pensiya kapitalı barədə elektron arayışın verilməsi;
- Vətəndaşın adına olan avtonəqliyyat vasitəsi barədə elektron arayışın verilməsi qoşulacaqdı