Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

20.10.2015

20 oktyabrda "Elektron Hökumət" portalının operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən Bakı Ali Neft Məktəbində tələbələr üçün "Elektron Hökumət və gənclər" mövzusunda seminar təşkil olundu. Seminarların keçirilməsində  məqsəd gənclərə "Elektron Hökumət", elektron xidmətlər, elektron imza, e-sənəd və sair barədə ətraflı informasiya vermək və onlarda praktiki biliklərin aşılanmasıdır.

Seminarda məruzəçilər “Elektron Hökumət”in infrastrukturu, əsas komponentləri, e-xidmətlər, dövlət reyestrləri və açıq hökumət məlumatları ilə yanaşı "Elektron Hökumət"in yaradılmasını zəruri edən amillərdən, onun hüquqi əsasından bəhs etdilər, "Elektron hökumət” portalı üzərindən təqdim olunan e-xidmətlər barədə ətraflı məlumat verdilər. “Elektron arayışlar”, “Elektron ödənişlər”, “Əks əlaqə”, “Onlayn konsultasiya” və portalda yaradılmış digər funksionallıqlar və servislər barədə iştirakçılara geniş məlumat verildi. “Elektron Hökumət” portalının bu günlərdə istifadəyə verilmiş yeni versiyasının üstünlüklərindən, daha sadə və daha istifadəçiyönümlü olmasından bəhs edildi.

Seminar tələbələrlə sual-cavab və müzakirələrlə davam etdi. Seminarda aktiv iştirak edən tələbələrə e-imza sertifikatları, kart oxuyucular, portalda qeydiyyatdan keçmək üçün kod/parollar və  digər hədiyyələr təqdim olundu.