Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

02.10.2015

“Elektron Hökumət” portalı ilə tərəfdaşlıq edən banklar siyahasına daha bir bank qoşuldu. "Xalq Bank" ASC bu gündən etibarən kredit əməliyyatları prosesinə elektron arayışları daxil edərək vətəndaşlara daha rahat xidmət təqdim edəcək. Bu elektron xidmət vasitəsilə vətəndaş banka getmədən, vaxt itkisinə yol vermədən onlayn rejimdə portala daxil olaraq sistem tərəfindən avtomatik formalaşdırılan arayışı elektron şəkildə banka ünvanlaya bilər.

Bir ildən artıqdır ki, "Elektron Hökumət" portalı arayış əldə etmə problemini özünə xidmət konseptində elektron mühitdən həll edib. Portala girişi olan bütün vətəndaşlar özlərinə dair bir çox məlumatlarla (pensiya kapitalı, əmək müqaviləsi üzrə məlumatlar, təhsil və s.) yanaşı məlumatın əks olunduğu arayışı da əldə edə bilir. Bu da qurululan "Elektron Hökumət" infrastrukturunun şəffaflığından, vətəndaşyönümlüyündən xəbər verir.

Hazırda, "Elektron hökumət" portalının istifadəçiləri 9 adda arayışı komputer, internet və "Elektron Hökumət" portalına giriş olmaqla formalaşdırmaq və ötürmək imkanına sahibdir.