Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

“Rəqəmsal Hökumət” təşviqat proqramı çərçivəsində təlimlərə start verilib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi və ASAN Könüllülük Məktəbinin birgə təşəbüsü ilə reallaşdırılan “Rəqəmsal Hökumət” təşviqat proqramı çərçivəsində könüllülər üçün təlimlərə start verilib.

İlk təlim 6 aprel 2019-cu il tarixində Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasında baş tutub.

Təlim zamanı könüllülərə “Rəqəmsal hökumət” təşviqat proqramının əsas məqsədi və fəaliyyət istiqamətləri haqqında məlumat verilib. Sonra onlara “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs və həyata keçirilən layihələr haqqında təqdimat edilib.

Təlimdə, həmçinin mərkəzin əməkdaşları tərəfindən iştirakçılara ASAN könüllülərinin “Rəqəmsal hökumət” təşviqat proqramında rolundan və ASAN könüllüləri üçün bu proqramda iştirakın üstünlüklərindən danışılıb.

Sonda təlimçilər könüllüləri maraqlandıran sualları cavablandırıblar və onlara proqram çərçivəsində müxtəlif mövzular üzrə mütəmadi təlimlərin təşkil ediləcəyi bildirilib.

“Rəqəmsal hökumət” təşviqat proqramı çərçivəsində ASAN Könüllülük Məktəbinin könüllüləri Bakı və regionlarda yerləşən “ASAN xidmət” mərkəzlərindəki xüsusi köşklərdə, universitetlərdə və digər mərkəzlərdə rəqəmsal xidmətlərin təşviqinə dair əhalinin maarifləndirilməsi prosesində bilavasitə iştirak edəcəklər.