Məxfilik qaydaları

Məlumat Hesablama Mərkəzi (MHM) onunla əlaqədar olan mobil tətbiqlərə və ya saytlara baş çəkənlərin məxfiliyinə hörmətlə yanaşır və buna görə də məxfilik qaydaları adlanan bu sənəddə mobil tətbiqlərdə və saytlarda sizin haqqınızda olan məlumatı necə topladığını, istifadə etdiyini və bölüşdüyünü, habelə sizin haqdakı məlumatın toplanılması, istifadəsi və bölüşməsi haqda sizin hansı seçiminiz olduğunu izah edir. MHM təşviq edir ki, siz məxfilik qaydaları adlı bu sənədi oxuyasınız və məxfilik siyasəti ilə tanış olasınız.

Növbəti hissə məxfilik məsələlərini daha ətraflı işıqlandıracaq: 

 

  1. Bu məxfilik qaydalarının aid olduğu mobil tətbiqlər və ya saytlar

    Bu məxfilik qaydaları MHM-in bütün mobil tətbiqlərinə və saytlarına tətbiq edilir. MHM-in mobil tətbiqini və ya saytını istifadə etməklə siz bu məxfilik qaydalarının indiki və gələcək şərtləri ilə qabaqcadan razılaşırsınız. Əgər bu şərtlərlə razı deyilsinizsə, onda xahiş edirik ki, mobil tətbiqdən və ya saytdan istifadəni dayandırasınız.
  2. Toplanan məlumat növləri

    Mobil tətbiq və saytlarda iki növ məlumat toplanılır: Şəxs haqda identifikasiyalaşdırılan məlumat (PII) və şəxs haqda qeyri-identifikasiyalaşdırılan məlumat.

    Şəxs haqda identifikasiyalaşdırılan məlumat
    Şəxs haqda identifikasiyalaşdırılan məlumat (“Şəxsi məlumat”) o məlumata deyilir ki, insanı bir fərd kimi müəyyənləşdirir, məsələn, insanın adını, poçt ünvanını, elektron ünvanını, yaş hüdudunu və sairəni göstərir. Siz bu məlumatı bizə könüllü surətdə verdiyiniz təqdirdə bu məlumat bizim tərəfimizdən toplanılır. MHM sizin tələbatlarınızı, maraqlarınızı daha yaxşı başa düşmək və sizi daha yaxşı xidmətlə təmin etmək üçün sizin şəxsi məlumatınızdan istifadə edir. Məsələn, siz bizimlə ünsiyyət saxlayanda və yaxud yarış və müsabiqələrdə iştirak etmək üçün saytlara daxil olanda biz sizdən adınızı və elektron ünvanınızı istəyə bilərik.

    Siz şəxsi məlumatınızı bizə vermək qərarına gəldikdə, əmin ola bilərsiniz ki, bundan yalnız və yalnız sizin MHM ilə münasibətlərinizi dəstəkləmək üçün istifadə ediləcək. Bizə göstərdiyiniz etibarı yüksək qiymətləndirdiyimiz üçün biz sizin haqqınızdakı şəxsi məlumatı heç kəsə satmayacaq, icarəyə verməyəcəyik.

    Şəxs haqda qeyri-identifikasiyalaşan məlumat
    Şəxs haqda qeyri-identifikasiyalaşan məlumat (qeyri-şəxsi məlumat) o məlumata deyilir ki, insanı bir fərd kimi müəyyən etməsin. Buraya sizin brauzerinizin növü, İP ünvanınız, baş çəkdiyiniz saytın URL-ı və sairə daxildir. Siz MHM-in mobil tətbiq və saytlardan istifadə edəndə onlar avtomatik olaraq sizdən bu cür qeyri-şəxsi məlumat növünü toplayacaq. Biz həmçinin sizin könüllü olaraq verdiyiniz qeyri-şəxsi məlumatı toplaya bilərik. Bu, sorğuya və ya anketə daxil olan suallara verdiyiniz cavablar ola bilər.
  3. Nə üçün biz sizin haqqınızda məlumat toplayırıq

    MHM-in mobil tətbiq və saytlarda şəxsi məlumat toplamaqda başlıca məqsədi sizin təhlükəsizliyinizi təmin etmək, sizin tələbatlarınıza və istəklərinizə daha uyğun olan effektiv xidmət və xüsusiyyətləri təqdim etməkdir. Biz yalnız bu məqsədə nail olmaq üçün lazım olan məlumatı toplayırıq.

  4. Biz məlumatları necə toplayırıq

    Siz özünüz bizə məlumat verərkən və ya veb texnologiyalardan istifadə edərkən mobil tətbiq və ya saytlar bu məlumatları toplayır.

    Sizdən alınan məlumat
    Əgər siz MHM-in mobil tətbiq və saytlarıda müəyyən xidmətlərdən istifadə etmək qərarına gəlsəniz, biz sizdən kontakt və şəxsi məlumatlarınızı daxil etməyi xahiş edə bilərik. Mümkün olan yerlərdə mütləq doldurulması lazım olan sahələrlə, doldurulması mütləq lazım olmayan sahələr işarə edilir. Əgər siz müəyyən xidmətdən və ya xüsusiyyətdən istifadə etməmək qərarına gəlirsinizsə, sizdən kontakt və şəxsi məlumatı daxil etmək tələb olunmur.

    Texnologiya vasitəsilə toplanılan şəxs haqda qeyri-identifikasiyalaşdırılan məlumat

    "Kuki"lər
    MHM sizin mobil tətbiq və saytlarda işinizi daha da yaxşılaşdırmaq üçün kuki (cookie) texnologiyasından istifadə edə bilər və onun vasitəsilə mobil tətbiq və saytlarda statistik hesabatlar üçün məlumat toplaya bilər. Kuki texnologiyası sizin fərdi elektron ünvanınızı və ya hər hansı digər şəxsi məlumatı əldə etmir.

    Kuki sizin kompüterinizin brauzeri vasitəsilə sizin sərt diskinizdə saxlanılan və hər hansı bir veb sayt tərəfindən göndərilmiş kiçik bir məlumatdır. Orada sizin saytdakı işinizi fərdiləşdirmək üçün sayta lazım olan məlumat var və o, mobil tətbiq və saytların statistik məlumatlarını yığır. Misal üçün, hansı səhifələrə baş çəkilir, nə yüklənilir, İnternet provayder domeninin adı nədir, ziyarətçilər hansı ölkədən sayta daxil olurlar. Bununla belə, bu məlumat heç cür sizin şəxsiyyətinizlə bağlı deyil və yalnız məcmu halında nəzərdən keçirilir.

    Əgər siz kukilərdən istifadə etmək istəmirsinizsə, onda brauzerinizi elə kökləyə bilərsiniz ki, bütün kukiləri inkar etsin yaxud da kuki işləyəndə sizi xəbərdar etsin. (Brauzerlər müxtəlifdir, buna görə də brauzerinizin menyusunda “Kömək”-dən istifadə edərək kukilərdən necə istifadə etməyi, yaxud da onları inkar etməyi öyrənə bilərsiniz.) Əgər brauzerinizi kukilərin qarşısını almaq üçün kökləsəniz, MHM-in mobil tətbiq və saytlarından təəssüratlarınız başqa ola bilər.

    İP ünvan
    MHM-in sistem administrasiyası, serverdəki problemlərin müayinəsi və məcmu məlumatın yığılması (misal üçün, mobil tətbiqə və ya sayta neçə nəfər baş çəkib) məqsədilə İP ünvanları toplaya bilər. Siz MHM-in mobil tətbiq və saytlarını istifadə bizim serverlər sizin İP ünvanınızı qeyd edirlər. İP ünvan siz İnternetdən istifadə edəndə avtomatik olaraq sizin kompüterə verilən nömrədir.
  5. Biz məlumatı kiminlə bölüşürük

    Biz sizin bizə göstərdiyiniz etimadı yüksək qiymətləndirdiyimiz üçün sizin haqqınızdakı məlumatı başqalarına satmır və ya icarəyə vermirik.

    MHM müəyyən xidmətlər görmək üçün digər şirkətləri və fərdləri (“agentləri”) işə cəlb edə bilər, məsələn, bu xidmətlərin arasında yarış və müsabiqələri idarə etmək, elektron məktublar göndərmək, marketinq xidmətlərində kömək etmək, mobil tətbiq və ya saytın menecmenti ilə məşğul olmaq və məlumatların analizini aparmaq daxildir. Bu cür agentlər bizim üçün gördükləri xidməti yerinə yetirmək üçün şəxsi və qeyri-şəxsi məlumata giriş qazanırlar. Onlara bu məlumatları başqa məqsədlərlə istifadə etməyə icazə verilmir.

    MHM həmçinin müştərək brendli xidmətlər və ya təbliğat kampaniyaları yaratmaq üçün digər şirkətlərlə (“əməkdaşlarla”) əməkdaşlıq edə bilər. Sizi də bu cür xidmətlərlə təmin etmək üçün bizə sizin haqdakı şəxsi məlumatı əməkdaşlarımızla bölüşməniz lazım gələ bilər. Əməkdaşımız bu məlumatı yalnız tələb olunan xidməti yerinə yetirmək və ya statistik hesabat barədə məlumat yığmaq üçün istifadə edəcək.

    Yadınızda saxlayın, əgər siz başqa mobil tətbiq və ya saytları, o cümlədən bizim əməkdaşların, reklamçıların, alıcıların mobil tətbiq və saytlarını istifadə edirsinizsə, bu sistemlər sizin haqqınızda şəxsi və qeyri-şəxsi məlumat toplaya bilər. Bu məxfilik qaydaları digər mobil tətbiq və saytların əməliyyatlarını əhatə etmir. Biz o mobil tətbiqlər, saytlar və ya onların məxfilik siyasəti üçün məsuliyyət daşımırıq.

    Hüquqi məqsədlər və MHM-in və başqalarının müdafiəsi üçün şəxsi məlumatın açıqlanması: MHM aşağıdakı hallarda üçüncü tərəflərlə şəxsi məlumatı bölüşmək hüququna malikdir:
  6. a) qanunun tələblərinə əməl etmək və ya bizə qarşı sürülən hüquqi proseslərdə;
  7. b) bizim hüquqlarımızı və ya əmlakımızı, MHM-i və ya istifadəçilərimizi müdafiə etmək və ya qorumaq üçün;
  8. c) qeyri-qanuni fəaliyyət, fırıldaqçılıq, hər hansı bir şəxsin fiziki əmin-amanlığına qarşı potensial təhlükə yaradan vəziyyətləri və ya MHM-in istifadə şərtlərinin pozulması hallarını araşdırmaq, qarşısını almaq və ya bu əməllərə qarşı ölçü götürmək üçün.

 

  1. Sizin seçimlər və imtinalar

    Siz əlaqə yaradılmasını istədiyiniz təqdirdə MHM sizinlə əlaqə yaradacaq.
    Əgər siz elektron məktublar almağı seçmisinizsə, MHM vaxtaşırı olaraq sizə bizim mobil tətbiq və saytlardakı yenilikləri, yeni xüsusiyyətləri və təklifləri təsvir edən elektron məktublar göndərə bilər. Siz istənilən vaxt bu məktublardan imtina edə bilərsiniz. Sadəcə olaraq, elektron məktubunuzda yazılmış göstərişlərə əməl edin yaxud da xahişinizi bizə yazın.

    Siz istənilən vaxt MHM-dən məktub və marketinqlə bağlı material, məsələn əmtəə və xidmətlər haqqı­nda yenilikləri almaqdan imtina edə bilərsiniz. Bunun üçün elektron məktubunuzda yazılmış göstərişlərə əməl edin yaxud da xahişinizi bizə yazın və biz xahiş edilmiş dəyişiklikləri edəcəyik.

 

  1. Məlumatın qorunması

    Məlumatınızın qorunması bizim üçün çox vacibdir, biz topladığımız məlumatın qorunmasına ciddi yanaşırıq. MHM-də sizin haqda toplanılmış məlumatın itirilməsinin, yanlış məqsədlər üçün istifadəsinin və ya dəyişilməsinin qarşısını alan təhlükəsizlik ölçüləri götürülmüşdür.

    Əfsuslar olsun ki, İnternetdə yaxud da digər şəbəkədə yerləşdirilmiş heç bir məlumatın yüz faizlik təhlükəsizliyinə zəmanət vermək mümkün deyil. Bunun nəticəsi olaraq, biz sizin şəxsi məlumatınızı qorumağa çalışsaq da, MHM bizə təqdim etdiyiniz məlumatın qorunmasını təmin edə, yaxud da ona zəmanət verə bilməz. Siz bunu öz riskiniz bahasına edirsiniz.

 

  1. Qaydaların qəbul edilməsi

    MHM-in mobil tətbiq və saytlarına baş çəkməklə siz bu məxfilik qaydaların şərtlərini qəbul etdiyinizi göstərirsiniz, buna görə də biz sizin məlumatı bu qaydalarda təsvir edilənlərə əsasən istifadə edə bilərik. Biz lazım bildiyimiz vaxt bu qaydalara dəyişiklik edə bilərik. Biz sizi şəxsən yaxud saytda elan verməklə bu cür dəyişikliklərdən agah edəcəyik. Əgər siz bundan sonra da MHM-in mobil tətbiq və saytlarından istifadə edirsinizsə, bununla siz yeni dəyişikliklərlə razı olduğunuzu və onları qəbul etdiyinizi göstərirsiniz.

    Bu məxfilik qaydaları yalnız MHM-in mobil tətbiq və saytları vasitəsilə toplanılmış məlumata aiddir, MHM-in digər mənbələrdən və digər üsullarla topladığı məlumata aid deyil.

    Əgər siz müəyyən səbəblərə görə MHM-in bu qaydalara əməl etmədiyini düşünürsünüzsə, zəhmət olmasa, aşağıda göstərilmiş ünvanlardan birinə yazmaqla bizi xəbərdar edin.

 

  1. Dəyişikliklər

    MHM vaxtaşırı bu sənəddə dəyişikliklər edə bilər. Məxfilik Qaydaları sənədində edilmiş dəyişikliklər heç cür sizin haqqınızdakı şəxsi məlumatın istifadəsinə təsir etmir.

 

  1. Bizimlə necə əlaqə saxlamaq olar

    Əgər sizin MHM-in mobil tətbiq və saytları ilə bağlı məxfilik qaydaları və/və ya bunun sizə təsiri haqda sual və ya təklifləriniz varsa, zəhmət olmasa, çəkinmədən bizimlə əlaqə yaradın:

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin

Məlumat Hesablama Mərkəzi

Dilarə Əliyeva küç. 185

Bakı/Azərbaycan