You can return to the old version of the website

Open old version

Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi açiq tenderə dəvət edir

5295
Print the text Copy text t1 t0 t2

Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 
Məlumat Hesablama Mərkəzi 

AÇIQ TENDERƏ DƏVƏT EDİR

Tender 1 lot üzrə keçirilir:

lot 1 – 8 moduldan ibarət “Müəssisə Resurslarının Planlaşdırılması” (Enterprise Resource Planning) proqram təminatının satınalınması

Proqram təminatına aşağıdakı modullar daxil edilməlidir:

• Pul dövriyyəsinin tənzimlənməsi;
• Əsas vəsaitlərin hərəkəti
• Büdcənin hazırlanması;
• Satınalmalar;
• Satış kanalları;
• Anbar uçotu və inventarlaşma;
• İnsan resurslarının idarə olunması (əmək haqqı fondu, kadrların uçotu, vaxt və davamiyyət, məzuniyyətin hesablanması, ezamiyyətin hesablanması);
• Hesabatlar

Proqram təminatının satınalınması üzrə tender o cümlədən alınacaq proqram təminatına texniki dəstək və xidmətin göstərilməsini nəzərdə tutur.
Satınalınan proqram təminatı Məlumat Hesablama Mərkəzi daxil olmaqla Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı şəhərində yerləşən 17 qurumunda tətbiq olunacaq.
Proqram təminatının quraşdırılması və işə salınması ilə əlaqədar görülən işlərin tələb olunan müddəti 2 il nəzərdə tutulur.
Tender 01 mart 2017-cı il tarixdə, Bakı vaxtı ilə saat 15:00-da Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva 185 (köhnə ünvan: Droqal döngəsi 702-ci məhəllə) ünvanında Məlumat Hesablama Mərkəzinin inzibati binasında keçiriləcək.
Tenderdə son 5 ildə qeyd olunan sahədə analoji təcrübəsi olan, təqdim edəcəyi məhsulları qənaətbəxş şəkildə istifadə oluna bilən, keyfiyyətli işçi heyətinə malik nüfuzlu yerli və xarici hüquqi şəxslər iştirak edə bilərlər.
Tender iştirakçılarının təkliflərinin yekun qiymətləndirilməsi zamanı şirkətin texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması, qeyd olunan sahə üzrə çoxillik, beynəlxalq təcrübəsi və indiyədək təqdim etdiyi layihələr nəzərə alınacaqdır.

Tenderdə iştirak etmək üçün tələb olunan sənədlər:

1. Tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə);
2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
4. Tender təklifi dəyərinin 2 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
5. İddiaçının son bir üzrə vergi orqanlarında aparılan şəxsi hesab vərəqəsinin təsdiq olunmuş surəti;
6. İddiaçının son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı (hesabdan çıxarış);
7. İddiaçının son bir ildəki fəaliyyəti haqqında maliyyə hesabatı;
8. İddiaçının ilkin qeydiyyat sənədlərinin müvafiq qaydada təsdiq edilmiş surətləri (iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət yeri göstərilməklə) və rekvizitləri;
9. İddiaçılar tenderdə konsorsium yaratmaqla iştirak etdikləri halda konsorsiumun yaradılması barədə müqaviləni, eləcə də konsorsium iştirakçısı olan bütün şirkətlər barədə 8-ci və 10-cu bənddə göstərilən zəruri sənədlər (məlumatlar);
10. İddiaçının ixtisas göstəricilərinə aid məlumatlar (görüləcək işlər üzrə ixtisaslaşmış kadr heyəti və potensialının olması, fəaliyyət üzrə rəsmi partnyorları, partnyorların nüfuzu, çoxillik təcrübəsinin olmasını və s.təsdiq edəcək sənədlər).

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). 
İddiaçılar tərəfindən tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədlərin (tender təklifi və bank təminatı istisna olmaqla) verilməsinin son tarixi 22 fevral 2017-ci il saat 15.00-dək, tender təklifi və bank təminatını verilməsinin son tarixi 28 fevral 2017-ci il saat 15:00-dək müəyyənləşdirilir.
 Tələb olunan sənədlər Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva 185 (köhnə ünvan: Droqal döngəsi 702-ci məhəllə) ünvanında yerləşən Məlumat Hesablama Mərkəzinin Tender Komissiyasına təqdim edilməlidir. 
İddiaçı, tender təkliflərində tender predmetini səciyyələndirən bütün parametrləri, o cümlədən işin icrasının texniki cəhətlərini, icra müddətini, qiymətini, ödəniş formalarını göstərməlidir.
Tender təklifləri 01 mart 2017-ci il tarixdə, Bakı vaxtı ilə saat 15:00-da Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva 185 (köhnə ünvan: Droqal döngəsi 702-ci məhəllə) ünvanında açılacaqdır. 
Tender təklifı 2 (iki) nüsxədə - 1 ədəd əsli, 1 ədəd surəti, ikiqat zərfə daxil edilərək 
imzalanmış, möhürlənmiş şəkildə olmalıdır. Zərfin üzərinə ««01» mart 2017 il tarixdə saat 15 qədər açılmamalıdır (tender təkliflərin açılışı vaxtı)» sözləri yazılmalıdır və həmin təklif açıldığı gündən sonra azı 30 bank günü ərzində qüvvədə olmalıdır. 
İddiaçılar Tender təkliflərinin qəbulu ilə əlaqədar və əlavə məlumat almaq üçün tender satınalan təşkilatın tender komissiyasına (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva 185 (köhnə ünvan: Droqal döngəsi 702-ci məhəllə), tel: +99412 498 80 44, faks: (+99412) 565 14 50; əlaqələndirici şəxs İlqar Səbzəliyev) müraciət edə bilərlər. Tenderin əsas şərtlər toplusu ilə əlaqədar sorğu tender təkliflərinin verilməsi müddətinin qurtarmasına azı 7 bank günü qalanadək verilməlidir. 
Tenderin əsas şərtlər toplusu azərbaycan dilində tərtib olunmuşdur.
İddiaçının tender təklifi bütün zəruri vergi və rüsumlar nəzərə alınmaqla verilməlidir. 
Maraqlanan iddiaçılar şərtlər toplusunu yuxarıda göstərilən ünvandan 2000 manat iştirak haqqı ödəməklə ala bilərlər.
Tenderdə iştirak haqqı bütün hallarda geri qaytarılmır. Tenderdə iştirak haqqı aşağıda göstərilən hesaba köçürülməlidir: 

Hesab:              AZ31AZPO91015461200420100045
VÖEN:              9900037691
Bank:                “Azərpoçt MMC” PF 1
Kodu:                691011
VÖEN:               9900037711
M/H:                  AZ76NABZ01350100000000094944
S.W.İ.F.T:          AZPOAZ 22

TENDER KOMİSSİYASI