You can return to the old version of the website

Open old version

23.04.2015

Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli «Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında» fərmanının və Nazirlər Kabinetinin 1 may 2014-cü il tarixli «Elektron hökumət» portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının siyahısı»nın və İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərinin «Elektron hökumət» portalına qoşulması üçün Texniki Tələblər»in təsdiq edilməsi haqqında qərarının icrası ilə əlaqədar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin mütəxəssislərinin  birgə iştirakı ilə  "Məcburi köçkünlərə güzəştlər üzrə avtomatik idarəetmə sistemi"  dövlət informasiya sistemi hazırlanmışdır.

21.04.2015-ci il tarixdə MHM-də  yeni yaradılmış dövlət informasiya sisteminin istismarının və istifadəsinin təşkili üçün təlimlər  keçirilmişdir. Tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, işğal olunmuş rayonlarının İcra Hakimiyyəti nümayəndələri və MHM-nin mütəxəssisləri iştirak etdilər.
MHM-in direktor müavini Nazim Mədətov tədbiri açıq elan edərək iştirakçılara "Məcburi köçkünlərə güzəştlər üzrə avtomatik idarəetmə sistemi"nin ictimai mahiyyətini açıqladı.
Təqdimat zamanı iştirakçılar, müvafiq idarəetmə sistemi üzrə praktiki funksiyalarla tanış oldular. 
Qeyd edək ki, "Məcburi köçkünlərə güzəştlər üzrə avtomatik idarəetmə sistemi" hazırda 6 funksional bölmədən ibarətdir:
•    Güzəşt tətbiq edilən məcburi köçkünlərin siyahısı;
•    Digər qurumlardam göndərişlər;
•    Siyahıya yeni məcburi köçkün əlavə et;
•    Ünvanlar üzrə yerdəyişmə;
•    Əməliyyatlar üzrə tarixçə;
•    Hesabatlar.
Güzəşt tətbiq edilən məcburi köçkünlərin siyahısı- Sözügedən siyahıda çörək pulu və kommunal xərcləri dövlət tərəfindən qarşılanan məcburi köçkün ailələrinin tərkibi ilə siyahısı əks olunur. Siyahıda düzəliş etmək və arxivləmə funksiyasıları  da yerləşdirilmişdir.
Digər qurumlardan göndərişlər bölməsi qurumlar arasında əks əlaqə üçün nəzərdə tutulmuşdur. Mövcud bölmə vasitəsilə digər quruma müraciət etmək və göndərişlər qəbul etmək mümkündür.
Siyahıya yeni məcburi köçkün əlavə et bölməsindən adından da göründüyü kimi yeni məcburi köçkünün qeydiyyatı zamanı istifadə olunur.
Ünvanlar üzrə yerdəyişmə bölməsindən istifadə etməklə məcburi köçkünün bölgə üzrə yaşayış yerini dəyişmək mümkündür.
Əməliyyatlar üzrə tarixçə bölməsi vasitəsilə sistem üzrə aparılan bütün əməliyyatları görmək olar.
Hesabatlar bölməsində ümumi statistik göstəricilərin dəqiq siyahısını əldə etmək mümkündür
"Məcburi köçkünlərə güzəştlər üzrə avtomatik idarə etmə sistemi" mövcud əməliyyatların maksimum dəqiq, şəffaf və qanunauyğun şəkildə icrası üçün nəzərdə tutulmuşdur. Müvafiq sistemin gələcəkdə çörək pulu və kommunal xərclərin ödənilməsi mərhələsinin tam elektronlaşdırılması məqsədilə banklarla inteqrasiyası da nəzərdə tutulur.  "Məcburi köçkünlərə güzəştlər üzrə avtomatik idarə etmə sistemi" tətbiqi, həmçinin, kağız əməliyyatlarınında ləğvinə tezliklə zəmin yaradacaqdır. 
Məlumatların elektronlaşması tam olaraq başa çatdırıldıqdan sonra məcburi köçkünlərə təqdim edilən elektron xidmətlər real vaxt rejimdə cavablandırılacaq, müxtəlif dövlət orqanlarının informasiya sistemlərinə isə veb servislər vasitəsilə məlumat mübadiləsi aparmaq imkanları veriləcəkdir. 
Tədbir çərçivəsində "Məcburi köçkünlərə güzəştlər üzrə avtomatik idarəetmə sistemi"ndən faydalanmaq üçün işğal olunmuş rayonların İH nümayəndələrinə RYTN-nin Məlumat Hesablama Mərkəzi tərəfindən  pulsuz e-imza sertifikatları verildi.