You can return to the old version of the website

Open old version

10.04.2017

Regionlarda “Elektron hökumət” portalı üzrə silsilə seminarlar keçirilir

Aprelin 7-də Ağdam rayonunda “Elektron hökumət” portalına həsr olunmuş növbəti seminar keçirilib. Rayonun Quzanlı qəsəbəsində yerləşən Dövlət Sosial-İqtisad Kollecində baş tutan seminarda “Elektron hökumət” portalı, elektron imza, ümumilikdə, elektron xidmətlərin üstünlükləri, onların cəmiyyətə, o cümlədən idarəçiliyə verdiyi faydalardan söz açılıb. 

Seminarda iştirak edən Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyinin eksperti Xalid Kazımov Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilmiş Avrasiya Əməkdaşlıq Fondunun həyata keçirdiyi “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramı barədə iştirakçılara məlumat verib. 

Qeyd edilib ki, layihə çərçivəsində 6 region üzrə eyni mahiyyətli seminarın keçirilməsi nəzərdə tutulub. Belə ki, Mingəçevir şəhərindən start götürən layihə Bərdədə də baş tutub, növbəti seminarlar isə Göygöl, Yevlax və Ağdaşda keçiriləcək.