You can return to the old version of the website

Open old version

30.11.2016

“Bakutel-2016” sərgi-konfransı çərçivəsində əməkdaşlıq memorandumları imzalandı

Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları - Bakutel 2016 Sərgi-Konfransı çərçivəsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə Belarusiyanın “Geoinformasiya idarəetmə sistemləri” holdinqinin idarə şirkəti “AGAT-idarəetmə sistemləri” Açıq Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanır.
 
Belarusiyanın “AGAT-idarəetmə sistemləri” ASC-nin adından direktorun birinci müavini Qoryaçko Dmitriy Qenrixoviç və Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin adından direktoru Əsədov Elnar Tahir oğlu arasında innovasiya texnologiyaları və kadrların hazırlanması sahəsində əməkdaşlığın möhkəmləndirilməsinin və inkişaf etdirilməsinin vacibliyini nəzərə alaraq Anlaşma Memorandumu imzalandı.
Beş il müddətində qüvvədə olan bu sazişə uyğun olaraq  birgə əməkdaşlıq çərcivəsində tərəflər arasında imkanların birləşdirilməsi, kadrların hazırlanması üçün zəruri infrastrukturun yaradılması, ölkələrarası perespektivli innovasiya layihələrinin birgə inkşaf etdirilməsi və tətbiqi, avtomatlaşdırılmış idarəetmə sistemlərinin hazırlanması və s. kimi çox əhəmiyyətli müddəalar icra ediləcək.
 
Bununla yanaşı Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi, Türkiyə elmi və texnoloji araşdırma qurumu informatika və məlumat təhlükəsizliyi yüksək texnologiyalar üzrə araşdırma mərkəzi (TÜBİTAK BİLGEM) və Hava Elektronik Sanayi ve Ticaret A.Ş. (HAVELSAN) şirkətləri arasında da Anlaşma Memorandumu imzalandı.
Sazişə əsasən Türkiyənin HAVELSAN və TÜBİTAK BİLGEM dövlət şirkətləri Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin Açıq Açar İnfrastrukturunun (PKI) inkişaf etdirilməsi istiqamətində əməkdaşlıq etmək arzusunda olduqlarını bildirdirirlər və tərəflər bu istiqamətdə 3 (üç) il müddətinə qüvvədə olacaq müddəalara imza atdılar.  
Tərəflər öz fəaliyyət sahələrini nəzərə alaraq imkan və bacarıqlarını birləşdirmək yolu ilə Layihələr çərçivəsində daha məhsuldar işləyə biləcəkləri məsələsində ümumi fikrə gəldilər.
Bu Memorandum çərçivəsində xarakterizə edilən Layihələrdə HAVELSAN və TÜBİTAK BİLGEM Konsorsium Ortağı, MHM isə Müştəri funksiyasında çıxış edir.
Qeyd edək ki, sərgiyə qatılan Moldavanın İnformasiya Texnologiyaları nazirinin müavini cənab Vitaliy Çolakla da MHM-in xidmətləri barədə əməkdaşlıq əlaqələri müzakirə olunub.