You can return to the old version of the website

Open old version

11.04.2016

Dövlət Kömrük Komitəsinin 4 xidməti elektronlaşdırılaraq portala inteqrasiya edildi



Dövlət Gömrük Komitəsi tərəfindən "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli qərarında əks olunan tapşırıqların təmin olunması məqsədilə   daha 4 xidmət elektronlaşdıraraq ”Elektron hökumət” portalına inteqrasiya edildi. İstifadəçilərin ixtiyarına verilən bu xidmətlər aşağıdakılardır.
  • “Elektron gömrük bəyannaməsinin aktivləşdirilməsi”(Elektron)
  • “Elektron gömrük bəyannaməsinin aktivləşdirilməsi”(Kart)
  • “Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə elektron gömrük bəyannaməsinin qəbulu”
  • “Elektron Gömrük Bəyannaməsi haqqında məlumatların əldə edilməsi” 
Bununla da Dövlət Gömrük Komitəsinin “Elektron hökumət” portalı üzərindən göstərdiyi elektron xidmətlərin sayı  13-ə çatdırılıb.
Qeyd edək ki, bununla da “Elektron hökumət” portalındakı elektron xidmətlərin sayı 424-ə çatdırılıb.