You can return to the old version of the website

Open old version

09.02.2016

Artıq Kapital Bank müştəriləri də "Elektron hökumət" portalı (https://www.e-gov.az) vasitəsilə təqdim olunan "Elektron arayış"-lardan istifadə edərək bank xidmətlərinə müraciət edə biləcək.

Elektron arayış müxtəlif dövlət orqanlarının elektron informasiya ehtiyatları əsasında hazırlanmış elektron sənəddir. "Elektron arayış"-lar bank xidmətlərindən istifadə zamanı vaxt itkisinin qarşısını almaqla vətəndaşın rahatlığını təmin edir. Xidmətin digər üstünlüyü vətəndaşın işlədiyi müəssisədən arayış alma zəruriyyətinin aradan qaldırılmasıdır.

"Elektron arayış"-lar vasitəsilə Kapital Banka necə müraciət etməli?!
 
"Elektron hökumət" portalının istifadəçisi olmayan vətəndaş:

şəxsiyyət vəsiqəsini təqdim edir;

bankın əməkdaşı vətəndaşı portala giriş üçün istifadəçi adı və şifrə ilə təmin edir;

vətəndaş müvafiq arayışları elektron cihaz vasitəsilə çap edir.
"Elektron hökumət" portalının istifadəçisi,

istənilən yerdən portala daxil olaraq bankın tələb etdiyi arayışları çap edir və ya elektron şəkildə banka ünvanlayır.

elektron arayışın həqiqiliyi, portal vasitəsilə təqdim olunan "Elektron arayışların yoxlanılması" xidməti vasitəsilə yoxlanılır.
 
Qeyd edək ki, xidmət hazırda bankın 1 saylı Səbail, 1 saylı Xətai, 2 saylı Nizami, 2 saylı Nəsimi filiallarında mövcuddur. Yaxın gələcəkdə bankın digər filiallarında da tətbiq olunacaq.