You can return to the old version of the website

Open old version

24.10.2015

24 oktyabrda “Elektron Hökumət” portalının operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi Yasamal Rayon Məhkəməsinin konfrans zalında   Bakı şəhərinin bütün rayon məhkəmələrinin 30-dan artıq əməkdaşının qatıldığı təlimdə  "Elektron hökumət: modern və çevik idarəetmənin yeni modeli" adlı prezentasiya ilə iştirak etdi. Təlimdə Portalın mütəxəssisləri iştirakçılara “Elektron Hökumət” sistemi, “Elektron Hökumət”in infrastrukturu, autentifikasiya vasitələri, elektron imza,  elektron xidmətlər, dövlət reyestrləri və açıq hökumət məlumatları barədə məlumat verdilər. Bundan başqa "Elektron Hökumət"in yaradılmasını zəruri edən amillərdən, onun hüquqi əsasından bəhs edildi, "Elektron Hökumət” portalı üzərindən təqdim olunan e-xidmətlər barədə ətraflı məlumat verildi. “Elektron Hökumət” portalının bu yaxınlarda istifadəyə verilmiş yeni versiyasının üstünlüklərindən, daha sadə və daha istifadəçiyönümlü olmasından bəhs edildi.

Bununla yanaşı Azərbaycan Respublikasının Ali Məhkəməsinin Dövlət informasiya ehtiyatlarının reyestrində qeydiyyata alınmış informasiya ehtiyatları haqqında məlumat verildi.  Məruzəçilər  "Elektron Hökumət" quruculuğunun ictimai mahiyyətini və üstünlüklərini açıqladı.

Seminar təxminən 1 saat davam “Elektron Hökumət” üzrə prezentasiya iştirakçıların  sual-cavab və müzakirələrilə yekunlaşdı.