You can return to the old version of the website

Open old version

02.06.2015

"Nikoyl Bank" ASC-nin xidmətlərindən faydalanmaq istəyən vətəndaşlar iş yerindən arayışı onlayn şəkildə banka göndərə biləcəklər. Bankla Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi arasında əməkdaşlığa əsasən, artıq “Nikoyl Bank” ın müştəriləri də  kredit rəsmiləşdirmələrinin icrası üçün tələb olunan müvafiq sənədləri "Elektron Hökumət" portalına müraciət etməklə əldə edə biləcəklər.

"Elektron arayışlar" xidmətinin üstünlükləri:
•    İstənilən yerdə və vaxtda sadəcə e-gov.az portalından qeydiyyat keçərək, müvafiq xidmətdən istifadə etmək mümkünlüyü;
•    Qeydiyyat prosesini Nikoyl Bankın filiallarından icra edərək kredit almaq imkanı;
•    Daha bir kağız əməliyyatının və buna sərf olunan vaxt, enerji və digər narahatlıqların sonu.

Qeyd edək ki, belə elektron sənədlərin  bütün sahələrdə tətbiqinə sosial tələbat günü gündən artmaqdadır. Tezliklə, "Elektron Hökumət" portalı üzərindən (www.e-gov.az) bir çox sahələrdə növbə, zaman itkisi, stres kimi sosial qayğılara son qoyacaq yeni elektron sənədlər təqdim olunacaqdır.