You can return to the old version of the website

Open old version

05.05.2015

Bu gün "Elektron Hökumət" portalının operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən növbəti seminar ADA Universitetinində təşkil olundu. Seminarda MHM-in əməkdaşları tərəfindən tələbələrə "Elektron Hökumət", E-hökumət portalı, "E-imza", "Dövlət Reyestrləri” barədə geniş məlumat verildi. Məlumat Hesablama Mərkəzinin Milli Sertifikat Xidmətləri Mərkəzinin müdiri Arif Mayılov seminarı açıq elan etdi. O, XXI əsrdə rəqəmsallaşmanın, elektron xidmətlərin rolundan bəhs etdi.Sonra MHM-in mütəxəssisi Günay Hüseynova ADA Universitetinin tələbələrinə Elektron Hökumətin infrastrukturu, e-xidmətlər,  e-arayışlar, prezentasiya üzrə geniş məlumat verdi.  "Elektron Hökumət"in yaradılmasını zəruri edən amillərdən, onun hüquqi əsasından bəhs edildi. "Elektron Hökumət" quruculuğunun ictimai mahiyyəti və üstünlüklərini açıqlandı. Bir çox e-xidmətlər əyani olaraq test edildi və tədbir iştirakçılarına izahlı məlumat verildi. MHM-in Dövlət Reyestrləri şöbəsinin mütəxəssisi Qadir Seyidov portalın əsas komponetlərindən olan dövlət informasiya reyestrləri və fərdi məlumatların informasiya sistemlərindən danışaraq, bu prosesin əhəmiyyəti, informasiya reyestrləri və fərdi informasiya sistemlərinin elektronlaşmada indiki rolundan, həmçinin, gələcək perspektivlərindən bəhs etdi. Daha sonra, A.Mayılov öz çıxışında e-imzanın mahiyyəti və əhəmiyyəti, e-imza sertifikatlarının e-sənəd mübadiləsində rolundan bəhs etdi. E-imzanın həm imza kimi, həm də "Elektron Hökumət" portalının autentifikasiya vasitələrindən biri kimi funksiyalarını diqqətə çatdırdı. Məruzəçi e-imza infrastrukturunun texniki tərəflərini izah etdi, mərkəz tərəfindən informasiya təhlükəsizliyi sahəsində görülən işlərdən danışdı. Eyni zamanda o, yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqindən sonra e-xidmətlərdən və e-imzadan istifadənin kütləviləşəcəyini xüsusilə vurğuladı.

Seminar iştirakçıların sualları ilə diskussiya şəklində davam etdi. Sonda aktiv üç iştirakçı xüsusi hədiyyələrlə mükafatlandırıldı. Seminarın bütün iştirakçılarına portala daxil olmaq üçün kod/parollar paylanıldı və e-imza sertifikatları hədiyyə edildi