Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Özbəkistan səfirinin müavini EHİM-də olub

3071
Mətni çap edin Mətni kopyala t1 t0 t2

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru (EHİM) Fariz Cəfərov Özbəkistanın ölkəmizdəki səfirinin müavini Botraliyev Maxamaconla görüşüb.

Görüş çərçivəsində Özbəkistan səfirliyinin nümayəndə heyətinə Azərbaycanın elektron hökumət modeli, Mərkəzin fəaliyyət istiqamətləri və həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Elektron Hökumət İnformasiya Sistemi (EHİS) dövlət – dövlət, dövlət - vətəndaş və dövlət – özəl istiqamətində fəaliyyət göstərir. Bununla yanaşı olaraq, tədbirdə şəxsi kabinet əsaslı elektron hökumət portalı – “myGov”, “ASAN Login” – Vahid Giriş Sistemi, “ASAN ödəniş”, “ASAN Finans”, “ASAN Viza” və EHİM tərəfindən istifadəyə verilən digər layihələr haqqında danışılıb.     

Görüşdə elektron hökumət quruculuğu sahəsində qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, qonaqları maraqlandıran suallar cavablandırılıb.