Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

“Rəqəmsal Hökumət” könüllü təşviqat proqramının dördüncü mərhələsi başa çatıb

5518
Mətni çap edin Mətni kopyala t1 t0 t2

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi və “ASAN Könüllülük” Məktəbinin birgə təşəbüsü ilə reallaşdırılan “Rəqəmsal Hökumət” könüllü təşviqat proqramının dördüncü mərhələsi yekunlaşıb.

"Rəqəmsal Hökumət” könüllü təşviqat proqramı çərçivəsində fəaliyyət göstərən könüllülər iki ay ərzində Bakı şəhərində yerləşən “ASAN xidmət” mərkəzlərində vətəndaşlardan elektron maliyyə xidmətləri sahəsində məmnunluq göstəricilərinin öyrənilməsi və “ASAN Finans” sistemi ilə bağlı məlumatlılıq səviyyəsinin ölçülməsi barədə elektron sorğular götürüblər.

“Təcili rəqəmsal yardım” devizi altında vətəndaşlara yaxınlaşan könüllülər elektron dövlət xidmətləri, elektron ödənişlər haqqında məlumat verib və xidmətlərdən istifadə ilə bağlı onlara dəstək olublar. Sorğular əsasında vətəndaşlar ölkəmizdə göstərilən elektron xidmətlərin keyfiyyətinə münasibət bildirib, elektron xidmətlərdən istifadə zamanı qarşılaşdıqları çətinlikləri qeyd ediblər.

“Rəqəmsal Hökumət” könüllü təşviqat proqramının məqsədi vətəndaşları elektron xidmətlər haqqında məlumatlandırmaq, ən çox hansı elektron xidmətlərdən istifadə etdiklərini, eləcə də elektron xidmətlər haqqında haradan məlumat əldə etdiklərini müəyyən etmək, bu xidmətlərdən istifadə ilə bağlı onlara dəstək olmaqdır.