AZ EN
Xoş gəlmisiniz, təqdim olunan bütün xidmətlərdən istifadə etmək üçün sistemə daxil olmalısınız
Xidmətlərə müraciət sayı
Günlük zəng sayı

Nitq və eşitmə məhdudiyyətli qızlar üçün “Elektron Hökumət” portalı barədə təlim keçirilib

2017 Mətni çap edin Mətni göndərin

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi dekabrın 12-də nitq və eşitmə məhdudiyyətli gənclər üçün “Elektron hökumət” mövzusunda təlim keçib.

Təlim çərçivəsində elektron xidmətlərin ölkə vətəndaşlarının həyatındakı rolu, “Elektron Hökumət” portalı“Elektron imza” barədə məlumat verilib.

“Elektron Hökumət” portalı üzərindən ən çox istifadə olunan xidmətlər üzrə praktiki iş keçirilib. İştirakçılar portala giriş edərək yaşayış yeri haqqında arayış, diplom haqqında arayış və portalın köməkçi alətləri ilə tanış olublar.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə həyata keçirilən “Nitq və eşitmə məhdudiyyətli qızlar üçün İKT təlimi” layihəsində 16-30 yaş arası bu sahəyə marağı olan 20 gənc xanım iştirak edir.

Layihə çərçivəsində İKT sahəsində kompüter haqqında ümumi biliklər, ofis proqramları, qrafik dizayn, kodlaşdırma, kibertəhlükəsizlik, robot texnologiyası və s. üzrə 12 təlim təşkil olunub.

Qeyd edək ki, sözügedən təlim “Elektron hökumət” Təlim Tədris Mərkəzində baş tutub.

  • 436

    Təsdiq olunmuş xidmətlərin sayı

  • 335

    Bunlardan portala inteqrasiya olunmuşlar

  • 494

    Dövlət saytlarında olan xidmətlər

  • 445

    Portalda olan xidmətlərin sayı

Onlayn konsultasiya
Onlayn konsultasiya