Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Məlumat Hesablama Mərkəzində veteran işçilərlə görüş keçirilib

4635
Mətni çap edin Mətni kopyala t1 t0 t2

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində (MHM) 6 dekabr – rabitə və yüksək texnologiyalar sahəsi işçilərinin peşə bayramı günü münasibətilə veteran işçilərlə görüş təşkil olunub. Mərkəzin rəhbəri Elnar Əsədov tədbir iştirakçılarını salamlayıb və onları peşə bayramı münasibətilə təbrik edib.

Tədbirdə MHM-in inkişaf yolundan danışılıb, ötən günlər xatırlanıb. Veteran işçilər rabitə peşəsinin çox məsuliyyətli bir peşə olduğundan, ölkə rəhbərliyinin bu sahəyə xüsusi diqqət və qayğısından söz açıblar. Artıq ənənə halına çevrilərək mərkəzdə hər il təşkil olunan bu tədbirə görə təşəkkürlərini bildiriblər. Artıq 30 ildən artıqdır Məlumat Hesablama Mərkəzində çalışmış 12 veteran işçiyə təşəkkürnamə təqdim olunub.

Əmək fəaliyyətinin bu il 30 ili tamam olan iki əməkdaş - Etibar Səlimov və Təranə Əmrahova isə fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar.

Tədbirin sonunda xatirə fotoları çəkilib.