Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Elektron arayışlar kağız üzərində arayış tələbini aradan qaldırır

3554
Mətni çap edin Mətni kopyala t1 t0 t2

"Fintrend" kredit təşkilatının müştərilə də "Elektron hökumət" portalının xidmətlərinə müraciət edəcək.

"Elektron hökumət" portalı ilə tərəfdaşlıq edən kredit təşkilatlarının siyahısına daha bir bank əlavə olundu. Belə ki, artıq "Fintrend"  bank olmayan kredit təşkilatı kredit əməliyyatlarına elektron arayışları daxil edərək vətəndaşlara "Elektron hökumət" portalı üzərindən daha rahat xidmət təqdim edəcək. 

Bu elektron xidmət vasitəsilə vətəndaş heç yerə getmədən, vaxt itkisinə yol vermədən onlayn rejimdə portala daxil olaraq sistem tərəfindən avtomatik formalaşdırılan arayışı elektron şəkildə təşkilata ünvanlaya bilər.

Elektron arayış müxtəlif dövlət orqanlarının elektron informasiya ehtiyatları əsasında hazırlanmış elektron sənəddir. Elektron arayışlar vaxt itkisinin qarşısını almaqla vətəndaşın rahatlığını təmin edir. 

Xatırladaq ki, "Elektron hökumət" portalının vətəndaşlara göstərdiyi bu xidməti artıq 25-dən çox bank və kredit təşkilatları tətbiq edir.

Hazırda "Elektron hökumət" portalı tərəfindən 18 arayış vətəndaşlara təqdim olunur.