AZ EN
Xoş gəldiniz, təqdim olunan bütün xidmətlərdən istifadə etmək üçün sistemə daxil olmalısınız
Xidmətlərə müraciət sayı
Günlük zəng sayı

İstanbulda Türk Şurasına üzv ölkələrin İKT üzrə ikinci Nazirlər Toplantısı keçirilib

434 Mətni çap edin Mətni göndərin

Ramin Quluzadə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin İKT üzrə 2-ci Nazirlər Toplantısında iştirak edib

Noyabrın 9-da Türkiyə Respublikasının İstanbul şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv ölkələrin İKT üzrə 2-ci Nazirlər Toplantısı keçirilib.

Tədbirdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələr - Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin sahəvi nazirləri və nazir müavinləri iştirak edib.
 
Ölkəmizi toplantıda Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
 
Tədbirdə çıxış edən Türkiyə Respublikasının nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyət göstərən İKT üzrə işçi qrupun fəaliyyətini yüksək qiymətləndirərək, təşkilata üzv dövlətlər arasında kibertəhlükəsizlik, elektron hökumət və fiber-optik şəbəkənin inkişafı sahələrində əməkdaşlıq imkanlarının geniş olduğunu toplantı iştirakçılarının diqqətinə çatdırıb, tədqiqat və inkişaf sahəsində də əməkdaşlıq edilməsini vacib hesab etdiyini bildirib. "Trans-Avrasiya Super İnformasiya Magistralı (TASIM)" layihəsinin region ölkələri üçün önəminə toxunan nazir layihənin tezliklə reallaşdırılması istiqamətində səylərin artırılmasının vacibliyini qeyd edib.
 
Elektron hökumət, kibertəhlükəsizlik və fiber-optik şəbəkənin inkişafı üzrə müzakirələrin aparıldığı Nazirlər Toplantısında çıxış edən Ramin Quluzadə İKT sahəsində əməkdaşlığın genişləndirilməsi, mövcud çağırışların səmərəli şəkildə cavablandırılması baxımından Türk Şurası çərçivəsində İKT üzrə işçi qrupun fəaliyyətinin xüsusi önəm daşıdığını bildirib.
 
"Ötən il Azərbaycanda keçirilən İKT üzrə 1-ci Nazirlər Toplantısında bir sıra məsələlər üzrə faydalı müzakirələr aparıldı və işçi qrup çərçivəsində dörd alt-qrupun yaradılmasına qərar verildi. Fikrimcə, İKT sahəsində əməkdaşlığın genişləndirilməsi, mövcud çağırışların səmərəli şəkildə cavablandırılması baxımından bu alt qrupların fəaliyyəti xüsusi önəm daşıyır".
 
Nazir ölkəmizin təşəbbüskarı olduğu TASİM layihəsinin həyata keçirilməsi istiqamətində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin birgə səylərinin təqdirəlayiq hal olduğunu qeyd edərək, layihənin iki qitə arasında ən qısa fiber-optik bağlantı olmaqla region ölkələri üçün strateji önəm daşıdığını və dənizə çıxışı olmayan ölkələrdə rəqəmsal boşluğun aradan qaldırılmasında əhəmiyyətli rol oynayacağını bildirib.
 
"Fürsətdən istifadə edərək diqqətinizə çatdırmaq istərdim ki, TASİM layihəsi üzrə yüksəksəviyyəli rəsmilərin növbəti illik görüşünün "Bakutel-2017" Beynəlxalq sərgi-konfransı çərçivəsində bu ilin 5 dekabr tarixində Bakı şəhərində keçirilməsi nəzərdə tutulur"- deyə nazir qeyd edib.
 
Son illər Azərbaycanda elektron hökumət quruculuğu istiqamətində görülən işlər barədə məlumat verən nazir Ramin Quluzadə Türk Şurasına üzv ölkələr arasında elektron ticarət dövriyyəsinin artırılması məqsədilə "Elektron imza" sertifikatlarının qarşılıqlı tanınmasının təmin edilməsi sahəsində birgə iş aparılmasının vacibliyini vurğulayıb və bu xüsusda ilk addım olaraq təşkilata üzv dövlətlər arasında çoxtərəfli Sazişin imzalanmasını təklif edib.
 
Toplantıdan sonra Ramin Quluzadə ilə Əhməd Arslan arasında ikitərəfli görüş keçirilib, nəqliyyat və informasiya-kommunikasiya texnologiyaları sahələrində qarşılıqlı əhəmiyyət kəsb edən məsələlərə dair müzakirələr aparılıb.
 
Xatırladaq ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 10-11 sentyabr 2015-ci il tarixlərində Astana şəhərində keçirilmiş sonuncu zirvə görüşü zamanı informasiya və kommunikasiya texnologiyaları üzrə işçi qrupunun yaradılması qərara alınıb, İKT üzrə 1-ci Nazirlər Toplantısı ötən ilin noyabr ayında Bakı şəhərində keçirilib.

  • 443

    Təsdiq olunmuş xidmətlərin sayı

  • 336

    Bunlardan portala inteqrasiya olunmuşlar

  • 505

    Dövlət saytlarında olan xidmətlər

  • 440

    Portalda olan xidmətlərin sayı

Onlayn konsultasiya
Onlayn konsultasiya