Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

"Elektron hökumət" portalının fəaliyyəti barədə gənclərə növbəti dəfə məlumat verilib

3446
Mətni çap edin Mətni kopyala t1 t0 t2

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi, Elektron Hökumət Təlim Tədris Mərkəzi və Gənclər Təşkilatları Milli Şurası tərəfindən növbəti “Gənclər və E-Hökumət” adlı təlim təşkil olunub. 29 sentyabr tarixində keçirilən təlimdə Milli Şuranın səlahiyyətli nümayəndələri və gənclər iştirak ediblər.

Təlim zamanı “Elektron hökumət” portalı, “Elektron imza”nın praktiki tətbiqi və e-imza ilə biznes proseslərinin səmərəliliyinin artırılması qaydaları, elektron vergi xidmətləri, məcburi dövlət sosial sığortası üzrə hesabatların, əmək bildirişlərinin qeydiyyata alınması xidmətləri barədə ətraflı məlumat verilib.

Seminar daha sonra, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşlarından ibarət qrup üçün davam edib.

Qeyd edək ki, elektron xidmətlər barədə maarifləndirici tədbirlərə yaranan tələbatı nəzərə alaraq bu mövzuda vaxtaşırı təlimlər keçirilir, mövcud elektron xidmətlər və onlardan istifadə barədə vətəndaşlara məlumatlar verilir.