AZ EN
Xoş gəldiniz, təqdim olunan bütün xidmətlərdən istifadə etmək üçün sistemə daxil olmalısınız
Xidmətlərə müraciət sayı
Günlük zəng sayı

“Məcburi dövlət sosial sığortası üzrə hesabatların göndərilməsi" mövzusuna həsr edilmiş təlim keçiriləcək

476 Mətni çap edin Mətni göndərin

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Hökumət Təlim-Tədris Mərkəzi və Məlumat Hesablama Mərkəzi əhalinin elektron xidmətlərdən istifadə bacarıqlarının artırılması, elektron xidmətlər haqqında məlumatların yayılması və ümumilikdə elektron idarəçilik üzrə biliklərin inkişafı üçün birgə təlimlər təşkil edir.
 
Silsilə təlimlərin davamı olaraq, 17 may tarixində saat 12:00-da elektron xidmətlər üzrə növbəti ödənişsiz təlim keçiriləcək.
 
Məcburi dövlət sosial sığortası üzrə hesabatların göndərilməsi” mövzusuna həsr edilən təlimdə bütün maraqlı şəxslər, sahibkarlar və təşkilatların əməkdaşları iştirak edə bilərlər.

Qeyd edək ki, “Məcburi dövlət sosial sığortası üzrə hesabatların göndərilməsi” qaydalarına əsasən, sığorta edənlər qeydiyyata alındığı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun müvafiq orqanlarına hər rüb məcburi dövlət sosial sığortası barədə hesabat təqdim edirlər. 2017-ci il 1 aprel tarixindən fərdi uçot əsaslı vahid rüblük hesabat alt sisteminin tətbiqinə başlanılması ilə “Məcburi dövlət sosial sığortası üzrə hesabatların göndərilməsi” xidmətinə müraciət “Elektron imza” vasitəsi ilə aparılır.
 
Bu elektron xidmətdən istifadə haqqında məlumat əldə etmək istəyənlər qeydiyyatdan keçib, təlimdə iştirak edə bilərlər. Təlimdən qeydiyyat keçmək üçün bu linkə daxil olmaq lazımdır.

Əlavə məlumat üçün aşağıdakı vasitələrlə bizimlə əlaqə saxlamaq olar:
(012) 505-01-13, (077) 505-01-13.

Ünvan: Şərifzadə 241, Yasamal ATS-nin yanı (“İnşaatçılar” metro stansiyası)

  • 457

    Təsdiq olunmuş xidmətlərin sayı

  • 341

    Bunlardan portala inteqrasiya olunmuşlar

  • 497

    Dövlət saytlarında olan xidmətlər

  • 448

    Portalda olan xidmətlərin sayı

Onlayn konsultasiya
Onlayn konsultasiya