AZ EN
Xoş gəldiniz, təqdim olunan bütün xidmətlərdən istifadə etmək üçün sistemə daxil olmalısınız
Xidmətlərə müraciət sayı
Günlük zəng sayı

“Dövlət qulluğu sistemində məlumat bazalarının yaradılması və idarə edilməsi” mövzusunda seminar keçirilib

802 Mətni çap edin Mətni göndərin

21 aprel tarixində Avropa Xarici Fəaliyyət Xidməti və Dövlət İmtahan Mərkəzinin (DİM) birgə təşkilatçılığı ilə “Dövlət qulluğu sistemində məlumat bazalarının yaradılması və idarə edilməsi” mövzusunda seminar keçirilib.

DİM-in Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov bildirib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında inkişaf edən tərəfdaşlıq münasibətlərinin, o cümlədən Avropa İttifaqı tərəfindən dəstəklənən institusional quruculuq alətlərinin xüsusi əhəmiyyəti var. Onun sözlərinə görə, dövlət qulluğu sahəsi üzrə baza yaradılıb və fəaliyyət göstərir: "Bu bazaya dövlət qulluqçularının işi barədə bütün məlumatları əldə etməyə imkan verən yeni alətlər daxil edilib".

Xarici İşlər Nazirliyinin İnsan Hüquqları və Demokratiya İdarəsinin Qanunun aliliyi və demokratiya şöbəsinin müdiri Aysel Yaqubova deyib ki, "Şərq Tərəfdaşlığı" Proqramı çərçivəsində Azərbaycan-Avropa İttifaqı arasında əlaqələrin son vaxtlar müşahidə olunan müsbət dinamikası və bu il Aİ ilə Azərbaycan arasında yeni ikitərəfli saziş layihəsi üzrə danışıqların başlaması baxımından önəmlidir. 

“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz bildirib ki, müasir dövrdə informasiya texnologiyalarının inkişafının dövlət qulluğu və dövlət idarəçiliyi sahəsində böyük rolu var. 

“Elektron hökumət” portalının operatoru olan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin də iştirak etdiyi seminarda Dövlət informasiya ehtiyatları və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestri şöbəsinin aparıcı mütəxəssisi Türkan Quliyeva təqdimatla çıxış edib. Məruzəçi çıxışında Dövlət reyestrlərinin aparılmasının məqsədi, hüquqi əsasları, reyestrin aparılma qaydaları və reyestr haqqında statistik məlumatları diqqətə çatdırıb. Qeyd olunub ki, dövlət informasiya ehtiyatlarının və sistemlərinin idarə edilməsinin tənzimlənməsi, onların “Elektron hökumət” sisteminə inteqrasiyası bir sözlə, dövlət reyestrinin yaradılması məqsədilə Məlumat Hesablama Mərkəzi tərəfindən hazırlanmış xüsusi proqram təminatı 2012-ci ilin dekabr ayında istifadəyə verilib.

Tədbirdə DİM-in əməkdaşları “Dövlət qulluğunda məlumat bazalarının yaradılması və idarə edilməsi sahəsində mövcud vəziyyət, qarşıya çıxan problemlər" barədə təqdimatla çıxış ediblər.

Tədbirin sonunda müzakirələr aparılıb. Sonda DİM-in fəaliyyəti və dövlət qulluğu sahəsində həyata keçirilən islahatlarla bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 

  • 452

    Təsdiq olunmuş xidmətlərin sayı

  • 351

    Bunlardan portala inteqrasiya olunmuşlar

  • 502

    Dövlət saytlarında olan xidmətlər

  • 454

    Portalda olan xidmətlərin sayı

Onlayn konsultasiya
Onlayn konsultasiya