AZ EN
Xoş gəldiniz, təqdim olunan bütün xidmətlərdən istifadə etmək üçün sistemə daxil olmalısınız
Xidmətlərə müraciət sayı
Günlük zəng sayı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Bakıda “Gələcəyin səhiyyə müəssisəsi” adlı seminar keçirilib

2138 Mətni çap edin Mətni göndərin

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin dəstəyi və “Microsoft Azerbaijan” şirkətinin təşkilatçılığı ilə Bakıda “Gələcəyin səhiyyə müəssisəsi” adlı seminar keçirilib. “Microsoft Azerbaijan” tərəfindən MDB məkanında ilk dəfə olaraq, Azərbaycanda təşkil edilən və tibb müəssisələrinin rəhbər vəzifəli şəxsləri üçün nəzərdə tutulan seminar “Milli İnkişaf Planının” tərkib hissəsi sayılan səhiyyə sahəsində aparıcı texnologiya və innovasiyaları nümayış etdirmək məqsədi daşıyıb.

Tədbirdə çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin (MHM) direktoru Elnar Əsədov “Microsoft” korporasiyası ilə sıx əməkdaşlıqdan söz açıb. MHM rəhbəri qeyd edib ki, mövcud olan tibbi informasiya sistemlərinin milli səhiyyə şəbəkəsinə inteqrasiya olunması və rəqəmsal reseptin verilməsi qarşıya məqsəd qoyulub. E.Əsədov, həmçinin “Elektron hökumət” portalı üzərindən elektron xidmətlərin təqdim olunması zamanı fərdi məlumatların qorunmasının qarşıda duran əsas vəzifələrə aid olduğunu bildirib: “Məhz buna görə də portalda əsas identikləşmə vasitəsi kimi gücləndirilmiş elektron imza sertifikatlarından istifadə olunmalıdır. Bu sertifikatlar “Microsoft” şirkətinin bilavasitə iştirakı ilə qurduğumuz Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən verilir. Məhz bu, fərdi məlumatların qorunması sahəsində təhlükəsizliyin təməlini təşkil edir. Yeri gəlmişkən, qeyd etmək istəyirəm ki, yaxın vaxtlarda Yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqi elektron imzaya sahib olan vətəndaşların sayını kəskin artıracaq. Bu isə vətəndaşların elektron səhiyyə xidmətlərindən istifadə edərkən fərdi məlumatlarının qorunmasını təmin edəcək”.

Mərkəz direktoru onu da bildirib ki, “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair” Strateji Yol Xəritəsində elektron səhiyyənin inkişafına əhəmiyyətli yer ayrılıb. Bu çərçivədə gələcəkdə reallaşması zəruri məsələlərdən danışan direktor elektron səhiyyə proqramının yaradılması, mərkəzi elektron tibbi uçot sisteminin yaradılması və mövcud olan müxtəlif platformalı tibbi informasiya sistemlərinin milli səhiyyə şəbəkəsinə inteqrasiya olunması, ümumi standartlaşdırma sisteminin yaradılması və rəqəmsal reseptin verilməsi kimi əhəmiyyətli fəaliyyətlərin prioritet olduğunu qeyd edib. E.Əsədovun sözlərinə görə, bu fəaliyyətlərin reallaşması üçün ən son texnoloji avadanlıqlardan və proqram təminatlarından istifadə edilməsi nəzərdə tutulub: “Belə ki, tətbiq olunacaq proqram təminatlarının lisenziyalı olması inforrmasiya təhlükəsizliyinin təmin olunmasında xüsusi rol oynayacaq. Digər elektron xidmətlər kimi səhiyyə sahəsində də xidmətlərin beynəlxalq standartlara uyğun şəkildə “Elektron hökumət” portalına inteqrasiya edilməsi, bu xidmətlərin rəqəmsal məkanda təhlükəsiz istifadəsinə səbəb olacaq”.

Sonda direktor Elnar Əsədov cari proseslərin müvəffəqiyyəti üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən tam dəstəyin göstəriləcəyini bildirib.

Tədbir zamanı “TeleSəhiyyə”, “Xəstəxana İnformasiya Sistemi – eResept”, “Kağızsız səhiyyə – rəqəmsal görüntüləmə”, “Səhiyyədə təhlil həlləri” mövzuları üzrə təqdimatlar keçirilib və panel müzakirələri təşkil olunub. Bundan başqa, seminarda “Microsoft” şirkətinin “HoloLens” eynəklərinin xəstənin sağlamlığına məsafədən nəzarətetmə, düzgün diaqnoz müəyyənetmə, doğru müalicə təyinetmə və bu kimi digər üstünlükləri nümayiş olunub.

  • 457

    Təsdiq olunmuş xidmətlərin sayı

  • 341

    Bunlardan portala inteqrasiya olunmuşlar

  • 497

    Dövlət saytlarında olan xidmətlər

  • 447

    Portalda olan xidmətlərin sayı

Onlayn konsultasiya
Onlayn konsultasiya