AZ EN
Xoş gəldiniz, təqdim olunan bütün xidmətlərdən istifadə etmək üçün sistemə daxil olmalısınız
Xidmətlərə müraciət sayı
Günlük zəng sayı

“Poçtap” elektron xidməti "Elektron hökumət" portalına inteqrasiya edildi

1605 Mətni çap edin Mətni göndərin

“Azərpoçt” MMC tərəfindən istifadəyə verilmiş “Poçtap” xidməti “Elektron hökumət” portalına inteqrasiya edilib. Bu xidmət itirilmiş sənədlərin tapılaraq sahibinə qaytarılması məqsədi daşıyır. Belə ki, əgər hər hansı bir sənədinizi itirmisinizsə, onu tapmaq üçün “Elektron hökumət” portalında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təqdim etdiyi elektron xidmətlərin siyahısındakı “POÇTAP - itirilmiş sənədlərin axtarışı” xidmətindən istifadə edə bilərsiniz. Açılan səhifədə ilk olaraq sənədin qrupu seçilir. Sonra vətəndaş tələb olunan xanada sənədin nömrəsini, soyadını, adını və ata adını qeyd edərək axtarış düyməsini aktiv edir. Axtarışa uyğun nəticə dərhal ekranda görünür. Əgər itirilmiş sənəd tapılıbsa və sistemdə görünürsə, dövlət rüsumunu ödədikdən sonra vətəndaş 169 çağrı mərkəzinə zəng edərək tapılmış sənədi ona yaxın poçt məntəqəsinə yönləndirə bilər. Sonda vətəndaş yönləndirdiyi poçt məntəqəsindən gedib sənədini götürə bilər.

Xidmətdən istifadə üçün portalda qeydiyyatda keçmək tələb olunmur.

Məlumat üçün bildirək ki, "Poçtap" xidməti çərçivəsində sənədi tapılan şəxslər 1.80 AZN xidmət haqqı ödəyərək, sənədi poçt şöbələrindən və "Şəbəkə" xidmət mərkəzlərindən təhvil ala bilərlər. Sənədin hər hansı ünvana çatdırılması lazım gəldikdə isə, çatdırılma rüsumu "Azərekspresspoçt"un xidmət tariflərinə uyğun hesablanır.

Qeyd edək ki, artıq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Elektron hökümət” portalına inteqrasiya etdirdiyi elektron xidmətlərinin sayı 38-ə çatıb.

  • 457

    Təsdiq olunmuş xidmətlərin sayı

  • 333

    Bunlardan portala inteqrasiya olunmuşlar

  • 497

    Dövlət saytlarında olan xidmətlər

  • 431

    Portalda olan xidmətlərin sayı

Onlayn konsultasiya
Onlayn konsultasiya