Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Avqust ayı ərzində “Elektron hökumət” portalında ən çox müraciət olunan sahələr

2310
Mətni çap edin Mətni kopyala t1 t0 t2

“Elektron hökumət” portalı üzrə müraciətlərin, həmçinin elektron xidmətlərdən istifadə edənlərin sayı artıb. Portal vasitəsilə göstərilən xidmət növləri genişləndikcə vətəndaşlar tərəfindən elektron xidmətlərə maraq daha da artır. Qeyd edək ki, bu günə kimi portala müraciət edənlərin sayı artıq 32 milyonu keçib. Portalda gündəlik olaraq orta hesabla 50 000  ziyarətçi qeydə alınır.

Avqust ayı ərzində aparılan statistika zamanı məlum olub ki, portal vasitəsilə xidmətlərdən ən çox istifadə edən qurum Tələbə Qəbulu üzrə Dövlət Komissiyasıdır (TQDK) ki, ay ərzində TQDK-nın təqdim etdiyi 15 xidmətindən 522563 dəfə istifadə olunub. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 34 xidmətinə isə  7079 nəfər  520825 dəfə müraciət edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) portal vasitəsi ilə 26 xidmət təqdim edir. ƏƏSMN-nin bu xidmətlərdən 55974 nəfər 468113 dəfə istifadə edib. Dövlət Gömrük Komitəsinin təqdim etdiyi elektron xidmətlərdən isə 53755 dəfə istifadə edilib. Vətəndaşların daha çox diqqətini çəkən sosial xidmətlərdən biri də elektron arayışlardır. Hazırda portalda 13 adda elektron arayış var ki, onlardan da 28175 nəfər 41707 dəfə istifadə edib.

Qeyd edək ki, istifadəçi marağını nəzərə alıb arayışların çeşidinin artırılması üzərində işlər aparılır.