Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Azərbaycanın "Elektron hökumət" modeli Sinqapurda nümayiş etdirildi

2713
Mətni çap edin Mətni kopyala t1 t0 t2

Elektron hökumət" portalı "Sinqapur Milli Universiteti"i (NUS)  nəzdində fəaliyyət göstərən "Sistem Elmləri İnstitutu"nun "Elektron Hökumət Liderlik" (eGL) mərkəzində keçirilmiş "Elektron Hökumət Effektiv Strategiyalar" mövzusunda təşkil olunmuş seminarda təmsil olunub.

Beş gün davam edən seminarda professional müəllim və mütəxəssis heyəti tərəfindən nümayəndələrə dərslər keçirilib, "elektronlaşmanın inkişaf mərhələləri və bu istiqamətdə istifadə edilən yanaşmalar", "xidmətlərin hazırlanma metodologiyaları və vətəndaş istifadəsi", "dəyişikliklərin idarəedilməsi, bu prosesdə qarşıya çıxan problemlər, onlara yanaşma və həll edilmə yolları" mövzularında müzakirələr aparılıb.

Sinqapurun, eləcə də digər ölkələrin üzləşdiyi qlobal problemlər (əhalinin sıxlığı, sağlam həyat, mobil yaşam və s.), onların həlli yolları və gələcəyə yönəlik tədbirlər diqqətə çatdırılıb.

Kursda iştirak edən "Elektron hökumət" portalının mütəxəssisi Cəmşid Naxçıvanski ölkəmizin "Elektron hökumət" modeli, "Elektron hökumət" portalı, Açıq Hökumət Məlumatları portalı üzrə görülmüş işlər barədə təqdimat əsasında məlumat verib.

Həmçinin ölkələr arasında təcrübə mübadiləsi məqsədilə təşkil edilmiş kursda elektron xidmətlərlə bağlı müxtəlif tipli məlumatların analizi və mütərəqqi konsepsiyaların inkişaf modellərinin təhlili aparılıb. Habelə, elektron mühitin inkişafında sosial medianın rolu barədə məlumatlar verilib.

19 ölkəni təmsil edən 21 nümayəndənin iştirak etdiyi kursun son günü iştirakçılar sertifikatla təltif olunub.